Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı müzakirə olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı müzakirə olunubMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı müzakirə olunubMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı müzakirə olunub 2017-ci il dekabrın 18-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı müzakirə olunub.

Tədbirdə AMEA-nın Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov və onun müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və institutun elmi əməkdaşları iştirak ediblər.

İlk öncə akademik İ.Hüseynova qeyd edib ki, institut gənc olsa da akademik Cəlal Əliyevin rəhbərliyi altında fəaliyyətə başlayan alimlərimiz onun böyük ənənələrini davam etdirirlər. Sonra o, 2017-ci ildə institutun elmi-pedaqoji fəaliyyətini əks etdirən hesabatı təqdim edib.

Hesabat ətrafında elmi şuranın üzvləri çıxış edib və sonda Ə.Əmiraslanov öz rəyini bildirib.

Akademik Ə.Əmiraslanov institutun illik fəaliyyətini çox yüksək qiymətləndirib və qeyd edib ki, təkcə bir il ərzində yüksək impakt faktora malik jurnallarda 21 məqalə dərc etdirilməsi institutun fəaliyyətinin bariz göstəricisidir. Akademik həmçinin institutun ingilis dilində dərc olunan elmi əsərlərin ilk toplusunun həm məzmun, həm də tərtibatına görə çox yüksək səviyyəli olduğunu qeyd edib və institutun əməkdaşlarını bu münasibətlə təbrik edərək, bütün bunların institutun düzgün idarə olunması sayəsində həyata keçirildiyini bildirib. Beləliklə, institutun illik hesabatı yekdilliklə qəbul olunub.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: