
 
   2018-ci il yanvarın 12-də
  2018-ci il yanvarın 12-dəAMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda
növbəti elmi seminar keçirilib.
Seminarda institutun
Bioadaptasiya laboratoriyasının
böyük elmi işçisi b.ü.f.d.
Gülnarə Şamməd qızı Balakişiyeva
“FİTOPLAZMALARIN EFFEKTOR ZÜLALLARININ BİTKİLƏRİN İNKİŞAFINA
VƏ BİTKİ-HƏŞƏRAT ƏLAQƏLƏRİNƏ TƏSİRİ” mövzusunda məruzə ilə
çıxış edib.
Məruzəçi fitoplazmalar, onların sahib bitki və həşərat vektoru arasında həyat tsikli, viulentlik faktorları olan effektor zülalları, onların bitkilərin inkişafına və bitki-həşərat əlaqələrinə təsir mexanizmləri haqqında ən son elmi məlumatları auditoriyanın nəzərinə çatdırıb
Təqdim edilən məruzə seminar iştirakçılarının marağına səbəb olub və geniş şəkildə müzakirə edilib.
ZiM.Az
.
   Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
     
    
    
    
    
    
    
    
   
    









