Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

TƏBRİK EDİRİK!..

Bu gün
AMEA Botanika İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü
Validə Mövsüm qızı Əlizadənin
doğum günüdür.


Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!.. Validə Mövsüm qızı Əlizadə - 1946-cı il yanvarın 31-də
Bakı şəhərində doğulub.

Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) bitirib.

Bitki fiziologiyası ixtisası üzrə "Günəbaxanın kök sisteminin şirə ifrazı zamanı keçid prosesləri" mövzusunda Namizədlik (PhD), "Bitki köklərində kalium nəqlinin hərəkətverici qüvvəsinin ion və hormonal tənzimi" mövzusunda Doktorluq dissertasiyası müdafiə edib, elmlər doktoru elmi adına və professor emi rütbəsinə layiq görülüb.

2014-cü illdə AMEA-nın müxbir üzvü seçilib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 184, xaricdə çıxmış elmi əsərlərinin sayı 112, Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir. 4 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

Əsas elmi nailiyyətləri: Bitki hüceyrələrində elektrogen fəallığının tənzimlənməsində kinetin və kalsiumun rolu müəyyənləşdirilmişdir. Bitkilərin alüminiuma və bir sıra ağır metallara davamlığının hüceyrə və molekulyar mexanizmləri tədqiq edilmiş, yerli floranın bəzi bitki növlərinin ətraf mühit çirklənməsinin bioindikasiyası və remediasiyasında rolu aydınlaşdırılmışdır. Yerli və Qafqaz florasının endem və nadir növlərinin biomüxtəlifliklərinin öyrənilməsi, mübahisəli növlərin analizi, onların statuslarının müasir IUCN kateqoriya və kriterilərə uyğun qiymətləndirilməsi və onların saxlanılma yollarının araşdırılması həyata keçirilmişdir. Tədqiqatlar beynəlxalq qrantlar çərçivəsində yerinə yetirilmişdir.

Bir sıra Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumların, o cümlədən: 1. Rusiya Bitki Fizioloqları Cəmiyyətinin, 2. Azərbaycan Bitki Fizioloqları Cəmiyyətinin, 3. Azərbaycan Biofiziklər Cəmiyyətinin, 4. Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının, 5. YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, 6. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvüdür.

AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının
70 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında
03 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Botanika İnstitutunun direktoru, professor Validə Mövsüm qızı Əlizadə
Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

2017-ci ildə AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Mövsüm qızı Əlizadənin AMEA-nın həqiqi üzvlüyünə nazimədliyi irəli sürülüb.

Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında AMEA-nın müxbir üzvü Validə Mövsüm qızı Əlizadə AMEA-nın həqiqi üzvü - akademiki seçilib.

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..
Biz də ZiM.Az-ın bütün
Yaradıcı Heyəti adından
görkəmli elm xadimi,
"Şöhrət" ordenli
tanınmış alim-bioloq,
əziz və hörmətli akademik
Validə xanım Əlizadəni
doğum günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm can sağlığı,
elmi və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
Aysel MƏDƏDLİ,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: