Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, akademik
Cəlal Əliyevin xatirəsinə
həsr olunan anım tədbiri keçirilib.


Əvvəlcə tədbir iştirakçıları
I Fəxri xiyabana gələrək görkəmli alminin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb Daha sonra tədbir
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında davam etdirilib.

Anım mərasimində
institutun direktoru,
akademik İradə Hüseynova
çıxış edərək, dünya şöhrətli seleksiyaçı alim
akademik Cəlal Əliyevin
həyat yolundan və
elmi yaradıcılığından
geniş söz açıb.
Bildirib ki, akademik
Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı,
bu sahənin inkişafında
mühüm xidmətləri olan
alimlərdəndir.
Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

Akademik İradə Hüseynova alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, onun bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.

Akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşən akademik İradə Hüseynova bildirib ki, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaqdır.

Tədbirin sonunda Elm TV-nın ərsəyə gətirdiyi və "Mədəniyyət" kanalında yayımlanmış akademik Cəlal Əliyevə həsr edilmiş “Əbədi çıraq” filmi nümayiş etdirilib. Ekran əsərində Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən bəhs olunub.

Film böyük maraqla qarşılanıb.

Aysel MƏDƏDLİ,
AMEA Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun əməkdaşı


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: