AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİRAMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR 2018-ci il martın 2-də
AMEA-nın Əsas binasında
Rəyasət Heyəti aparatının
Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarında beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib.


ZiM.Az xəbər verir ki,
tədbirdə idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək AMEA-da bu formatda görüşün ilk dəfə baş tutduğunu söyləyib. O, son illər ərzində akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi və peşəkarlaşdırılması istiqamətində əməli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Daha sonra akademiyanın institutlarının beynəlxalq əlaqələr şöbələrinin illik hesabatları dinlənilib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva ötən il ərzində görülən işlərdən və beynəlxalq təcrübələrdən danışıb.

Daha sonra Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşları - Firuzə Xəlilova, Günay CəfərovaMəlahət Qurbanova "AMEA-nın elmi müəssisələri ilə əlaqə vasitələri, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış ediblər.

Sonda beynəlxalq təcrübə və əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: