Elmi seminar keçirilib

Elmi seminar keçirilibElmi seminar keçirilib Elmi seminar keçirilib 2018-ci il martın 9-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda Hesablama Struktur Biologiyası laboratoriyasının elmi işçisi Məsməliyeva Rəfiqə
"Zülal quruluşlarının yoxlanılması problemləri"
mövzusunda çıxış edib.
Mühazirəçinin tədqiqatları Kembric Universitetinin Molekulyar Biologiya laboratoriyasının Kompüter Kristalloqrafiyası qrupunun rəhbəri olan dünya şöhrətli alim, professor Qərib Mürşüdovun rəhbərliyi altında aparılır.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
Seminarda Zülal quruluşlarının yoxlanılmasının tarixi icmalı, makromolekulyar quruluşların validasiya kriteriyalar, mövcud yoxlama proqramları - PROCHECK, Coot, MolProbity proqram təminatları haqqında məlumat verilib. Eləcə də, seminarda Zülal Verilənlər Bazasına hər quruluş üçün yerləşdirilən yoxlama hesabatına daxil olan statistika müzakirə olunub. Məruzəçinin dissertasiya işinin mövzusu yeni yoxlama metodunun hazırlanmasından ibarətdir. Məruzəçi Hesablama Struktur Biologiyası laboratoriyasının zülal quruluşlarının yoxlanılması üçün yeni metodun hazırlanması istiqamətində aldıqları nəticələrdən və gələcək prespektivlərdən danışıb.

Daha sonra Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova 12-22 fevral 2018-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Elm Fondunun (ECOSF) və Karaçi Universitetinin dəstəyi ilə Pakistanın Karaçi şəhərində keçirilən Nematalogiya üzrə 5-ci Beynəlxalq təlimdə iştirakı və Milli Nematoloji Tədqiqat Mərkəzində keçdiyi təcrübə haqda hesabat verib.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: