Tədbirdə institutun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov, institutun əməkdaşları, eləcə də AMEA Qadınlar Şurasının elmi araşdırmalar üzrə katibi və koordinatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva iştirak edib.
ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan E.Yusifov bu günün rəhbərlik etdiyi qurumun həyatında əlamətdar günlərdən biri olduğunu qeyd edib və institutda da belə bir şuranın yaradılmasının zəruri olduğunu vurğulayıb.
Daha sonra S.Kadıyeva çıxış edərək AMEA Qadınlar Şurasının digər qeyri-hökumət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, akademiyanın qadın əməkdaşlarının Azərbaycan Respublikasının ictimai, mədəni, elm sahələrindəki uğurlarından söz açıb.
S.Kadıyeva Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası, Həmkarlar İttifaqı Komitələri ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib.
İnstitutun Qadınlar Şurasına sədrlik üçün Parazitologiya laboratoriyasının böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudovanın, institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva və Mingəçevir elmi təcrübə stansiyasının müdiri Hicran İsgəndərovanın şuranın sədr müavinliyinə namizədlikləri irəli sürülüb.
Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
Sonra çıxış edən Veteranlar Şurasının sədri, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev Yeganə Mahmudovanın elmi fəaliyyəti, Zoologiya İnstitutun elmi və ictimai fəaliyyətində rolu olan qadınlar haqqında məlumat verib.
Daha sonra şuraya 9 nəfərdən ibarət işçi qrup seçilib.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.