Tədbirdə institutun direktoru, akademik İradə Hüseynova, institutun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova rəhbərlik etdiyi qurumda qadınların sayca üstünlük təşkil etdiyini, onların institutun elmi-pedaqoji həyatında və təşkilati işlərdə uğurla fəaliyyət göstərdiyini bildirib.
Akademik bu günün əlamətdar günlərdən biri olduğunu qeyd edərək institutda belə bir şuranın yaradılmasının zəruri olduğunu vurğulayıb.
Qadınlar şurasının 7 nəfərdən ibarət işçi qrupu təsdiq edilib.
İnstitutun Qadınlar Şurasına sədrlik üçün Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fəzilə Qasımovanın, şuranın sədr müavinliyinə isə iqtisadçı Elvin Qasımovun namizədlikləri irəli sürüldü.
Təklif səsə qoyularaq yekdilliklə qəbul olunub.
F.Qasımova ona göstərilən etimada görə insitutun direktoru başda olmaqla bütün əməkdaşlara minnətdarlığını bildirib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.