AMEA Botanika İnstitutu İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə elmi əlaqələrini genişləndirir

AMEA Botanika İnstitutu  İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə elmi əlaqələrini genişləndirirAMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə və Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Davamlı Bitki Mühafizə İnstitutunda səfərdə olmuşlar.

AMEA Botanika İnstitutundan İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova ZiM.Az-a bildirib ki, səfər zamanı İtaliya tərəfindən İMTŞ-nın Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutunun direktoru, prof. Cian Paola Akkotto və institutun baş elmi işçisi, Dr. Biancaelena Maserti ilə birlikdə institutlararası ikitərəfli əməkdaşlığı gücləndirmək üçün hər iki institutun əsas fəaliyyət sahələri və iş perspektivləri barədə ətraflı müzakirə aparılmış, gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilmiş və biomüxtəlifliyin mühafizəsində müasir çağırışlara cavab verən tədqiqatların aparılmasına dair ikitərəfli müqavilə bağlanmışdır.
Həmçinin AMEA-İMTŞ çərçivəsində yerinə yetirilən “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” layihəsi çərçivəsində görülən işlərin nəticələri və gələcək çap işləri müzakirə edilmişdir.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: