Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib

Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edibAkademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiyasını uğurla müdafiə edib TƏBRİK EDİRİK!...

2018-ci il İyunun 29-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda iki gənc əməkdaşın biologiya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işlərinin müdafiəsi keçirilmişdir.


İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirmişdir ki, iyunun 30-u Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, dünya şöhrətli alim, akademik Cəlal Əliyevin anadan olmasının 90 ili tamam olur. Hər il əziz müəllimlərinin doğum günündə fəlsəfə doktoru və ya elmlər doktoru adı almaq üçün dissertasiya müdafiəsi keçirilməsi artıq 2005-ci ildə əsası qoyulmuş bir ənənənin davamıdır. İndi isə alimin vəfatından sonra bu ənənə həm də C.Əliyevin xatirəsinin yad edilməsi və ona olan dərin hörmətin bir ifadəsidir.

İnstitutun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Səmra Mirzəyeva
nın dissertasiya işinin mövzusu “Azərbaycanda Tomat (Solanum lycopersicum L.) bitkisini yoluxduran virusların diaqnostikası, identifikasiyası və patogenezlə induksiya olunan dəyişikliklərin tədqiqi” olmuşdir.

Gənc tədqiqatçı bildirmişdir ki, ilk dəfə olaraq Azərbaycanın bütün bölgələrində tomat bitkisində virus xəstəliklərinin monitorinqi aparılmış, onların ilkin diaqnostika və identifikasiyası metodları işlənib hazırlanmışdır.

Daha sonra Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının böyük elmi işçisi Taliyyə Orucova “Azərbaycan florasında yayılan bəzi CAM və C4 bitkilərdə fotosintetik fermentlərin aktivliklərinin gündəlik tsiklinin tənzimlənməsi” mövzusunda dissertasiya işini təqdim etmişdir.
T.Orucovanın təqdim etdiyi dissertasiya işi Azərbaycan florasında yayılan C4 və CAM fotosintez yoluna aid olan növlərin ekoloji, biokimyəvi xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. Hər iki tədqiqat işi dissertasiya şurasının üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq görülmüşdür.

Biz də həmkarlarımızı ürəkdən təbrik edir və onlara yeni-yni uğurlar arzulayırıq!..


Aysel MƏDƏDLİ,
Nərmin ŞEYDAZADƏ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: