Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəsi dinlənilib

Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəsi dinlənilibAzərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəsi dinlənilib 21-25 oktyabr 2019-cu ildə AMEA Botanika İnstitutunun direktoru, akademik
Validə Əli-zadə Rusiyanın
Sankt-Peterburq şəhərində yerləşən V.İ.Komarov adına Botanika İnstitutunun direktoru, professor
Dmitry Geltmanın xüsusi dəvətilə həmin elm ocağında ənənəvi olaraq keçirilən “Komarov oxuları”nda” adlı tədbirdə iştirak edib.


AMEA Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
Məhsəti Qurbanova
ZiM.Az
-a bildirib ki,
akademik Validə Əli-zadənin
Rusiyaya səfərinin məqsədi məhşur alim, akademik Vladimir Komarovun anadan olmasının 150 illik yubileyinə həsr olunan “Müasir botanikada innovasiya və ənənələr” adlı beynəlxalq konfransda “Azərbaycanda biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi” mövzusunda plenar məruzə ilə çıxış və elmi müzakirələrdə iştirak etmək olub.

Səfər uğurla başa satıb, akademik V.Əli-zadə vətənə xoş təəssüratlarla qayıdıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: