47 ölkə nümayəndəliyinin iştirak etdiyi iclasda Azərbaycanı AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva təmsil edib.
İclasın ilk günü məsləhətçi Dr Piers Gooding (Avstraliya) tərəfindən psixi sağlamlıq baxımından könüllü tədbirlərin təşviqinə yönəlmiş təcrübə nümunələrini özündə əks etdirən Təqdimat layihəsi iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Nümayəndə heyətləri, iştirakçılar və müşahidəçilər Compendium layihəsi və bu layihənin yekunlaşması üçün görüləcək tədbirlər barəsində fikir mübadiləsi aparıblar.
Heyətlər Dr Gooding tərəfindən aparılan işlərə ümumi dəstək verdiklərini bildiriblər.
“Səhiyyə xidmətlərindən bərabərhüquqlu istifadə üçün səhiyyə savadlılığının artırılması - səhiyyə savadlılığı siyasəti, strategiya və xidmətləri təsvir edən bir bələdçi istiqamətində” hesabat layihəsi məsləhətçi mütəxəssislər Leena Paakkari (Finlandiya) və Kristine Sørensen (Danimarka) tərəfindən təqdim edilib.
Daha sonra nümayəndə heyətləri arasında hesabatın yekunlaşdırılması və bələdçinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Psixi sağlamlıqda könüllü tədbirlərin təşviqinə dair təcrübələrin toplanması ilə əlaqədar tamamlayıcı işlərdə əldə olunan nəticələr nəzərdən keçirilib və Psixi sağlamlıq xidmətləri daxilində məcburi yerləşdirmə və məcburi müalicə ilə əlaqədar insan hüquqlarının və ləyaqətinin qorunmasına dair Əlavə Protokol layihəsi ilə bağlı səsvermənin 19-cu plenar iclasa təxirə salınması tövsiyə edilib.
İclasda həmçinin “2015-ci ilin dekabr ayında qəbul edilmiş genlərin redaktə texnologiyası ilə bağlı bəyanatına və Biotibb Tibb İnsan Hüquqları və Texnologiyalara dair Strateji Fəaliyyət Planına (2020-2025) uyğun olaraq Bioetika Komitəsi (DH-BIO) Oviedo Konvensiyasının 13-cü maddəsi insan genomu redaktəsindəki yeniliklər aspektindən müzakirə olunub.
İclasın sonunda Komitə səsvermə ilə Mark Baleyi (Birləşmiş Krallıq) iki il müddətinə Büroya üzv seçib və növbəti iclasların tarixləri 2-5 Noyabr 2021 və 31 May - 3 İyun 2022 olaraq müəyyən edilib.
Nigar İSMAYILOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.