Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilibTƏBRİK EDİRİK!..

AMEA Botanika İnstitutunun
Etnobotanika laboratoriyasının müdiri,
respublikamızın tanınmış və görkəmli alimi,
biologiya elmləri doktoru,
professor Səyyarə İbadullayeva
Qotfrid Vilhelm Leybnits adına
Avropa Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü seçilib.
Eyni zamanda, alim akademiyanın
“Taclı ulduz ordeni” ilə
mükafatlandırılıb.


Zim.az xəbər verir ki, üzvlük və ordenlə bağlı diplomlar S.İbadullayevaya təqdim edilib.

Qeyd edək ki, Səyyarə İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibinin öyrənilməsi, genezisi və formalaşması yollarının araşdırılması, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaların senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirilməsi ilə məşğuldur.

O, bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən qoruq və yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənib və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayıb. Alim, həmçinin Şahbuz Dövlət Təbiət Quruğunda, Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb.

Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından
respublikamızın tanınmış bioloq alimi, Azərbaycan Milli Еlmlər Аkademiyasının
Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru,
çox hörmətli professor və xeyirxah insan SƏYYARƏ XANIM İBADULLAYEVAnı
Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilməsi
“Taclı ulduz ordeni” ilə mükafatlandırılı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və elmi yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Aysel MƏDƏDLİ,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: