AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünə layiq görülüb AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun
Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi
Gülmirə Əlibəyova İslam İnkişaf Bankının
2021-2022-ci akademik il üçün elan etdiyi Doktorantura
və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq
təqaüdə layiq görülüb.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Nərmin Seyidzadə ZiM.Az-a bildirib ki,
Gülmirə Əlibəyova - 2017-2019 illərdə institutun “Molekulyar biologiya” ixtisası üzrə magistrantı olmuş və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
2020-ci ildə eyniadlı ixtisas üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına daxil olmuşdur.
Gənc tədqiqatçı hazırda “Ürək-damar və tənəffüs sistemlərinin patogenezində angiotenzin çevirən ferment geninin polimorfizminin tədqiqi” mövzusunda elmi tədqiqatlar aparır.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: