Bu barədə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev açıqlama verib.
N.Allahverdiyevin sözlərinə görə, düşmən tapdağından yenicə azad olunmuş bölgələrimizin adını daşıyacaq bu guşələrdə əkiləcək həmin ərazilərin florasına xas ağac növləri bağı ziyarət edənlərə doğma diyarımızın zəngin florasını əyani nümayiş edəcək.
Baş direktor, həmçinin yerli potensiyalı üzə çıxarmaq, bağı ziyarət edən xarici turistləri ölkəmizin zəngin florası ilə yaxından tanış etmək məqsədilə Mərkəzi Nəbatat Bağında mövcud olmuş meyvə bağının bərpası, Azərbaycan florasına mənsub müxtəlif növ meyvə ağaclarının becərilməsi, Abşeron şəraitində onlara düzgün aqrotexniki qulluğun göstərilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu bildirib.
N.Allahverdiyev qeyd edib ki, yenidənqurma işləri çərçivəsində Nəbatat Bağının 1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi məqsədilə sözügedən sahə üçün uyğun əkin materiallarının növlərinin seçimi və miqdarının müəyyənləşdirilməsi aparılıb.
Mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində Bağda çay kolleksiyasının yaradılması da nəzərdə tutulur.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.