
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva qeyd edib ki, 2020-ci il 8 noyabr tarixində “Qarabağ Azərbaycandır!” şüarı altında şəhidlik zirvəsinə ucalmağı özünə qürur bilən vətənimizin mərd, rəşadətli övladlarından ibarət güclü, mütəşəkkil Milli Ordumuzun səyi ilə mənfur düşmən susduruldu. 27 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımız uğrunda gedən siyasi mübarizə 44 gün ərzində hərb yolu ilə sona çatdırıldı və biz Qələbəyə nail ola bildik. Azərbaycanın nüfuzu anbaan artdı və onun nəyə qadir olduğu bütün dünyaya bəyan edildi. Heç kimə sirr deyil ki, sarsılmaz və müzəffər Azərbaycan Ordusunun bu çətin, eyni zamanda şanlı vətən savaşında qələbəsi Ali Baş Komandan olaraq, məhz İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti, dərin zəkası sayəsində bərqərar oldu və Qarabağ uğrunda gedən döyüşlər yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldı. Azərbaycanın azadlığını, şərəf və ləyaqətini ucaltmış şəhidlərimizə allahdan qəni-qəni rəhmət diləyirik. Biz məhz bu qəhrəmanlarımızın sayəsində “Qarabağ Azərbaycandır” deyə bilirik.

ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.