REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB Qafqaz Universitetində yüksək tədrisin təşkili ilə yanaşı tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqəli universitet rəhbərliyi tərəfindən işlər görülür. Universitetdə ixtisasyönümlü və maraq kulubları təşkil edilib.
Bu gün universitetin rektoru professor Havar Məmmədov həmin kulublara rəhbərlik edən tələbələrlə görüşüb.
Görüşdə Zərifə Əliyeva adına xanımlar klubu, Astro klub, Fizika , Yaşıl Kimyaçılar, Qarabağ Tarix, Nodex,Biznes Dünyası, İdman, H.Z.Tağıyev, İntellektual Oyunlar, İnteres, Diplomatiya,Debat, Pİ, Kitab, Gənc Müəllimlər, Səyahət, Star Mix, Texnalogiya, Sənaye Mühəndisliyi, Ədəbiyyat klublarının rəhbərləri iştirak edib.Görüşdə klub rəhbərləri klubların fəaliyyət istiqamətləri, gördüyü işlər haqqında rektor Havar Məmmədova məlumat veriblər. Onlar kulubların naliyyətləri haqda danışıblar.

Rektor kulubların fəaliyyətini qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətləri ilə əlaqəli tövsiyyələrini verib və uğurlar arzulayıb.
Tələbələr də öz növbəsində rektora onlar üçün yaratmış olduğu şəraitə görə təşəkkür etdilər və bildirdilər ki, dövlətimizə və Möhtərəm Prezidentimizə daim sadiq olacaqlar.

Qeyd edək ki hazırda 21 kulub təşkil olunub. Bunlardan 8-i ixtisasyönümlü 13 isə Maraq kulublarıdır.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: