Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir keçirilib

Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir keçirilib Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir keçirilib Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir keçirilibQafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir keçirilib Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Qafqaz Universitetində tədbir keçirilib. Tədbirdə Qafqaz Universitetinin müəllim -tələbə kollektivi ilə yanaşı AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov iştirak edib.

Əvvəlcə müstəqilliyimiz uğurunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını salamlayıb.
Rektor bildirib ki, 25 illiyini qeyd etdiyimiz müstəqilliyimizin əldə olunması və qorunması üçün xalqımız çox əziyyətlər çəkib. Xüsusən müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinin səriştəsizliyi iqtisadiyyatımızın çökməsinə və vətəndaş müharibəsinə gətirib çıxartmışdır. Bölgələrdə silahlı dəstələrin xalqa və dövlətçiliyimizə vurduğu zərbələri faktlarla diqqətə çatdıran rektor qeyd etdi ki, müstəqilliyin əldə olunmasından qorunmasının çətin olduğunu anlayan xalqımızın təkidilə Heydər Əliyev ikici dəfə rəhbərliyə gətirildi.Ulu Öndərin apardığı uğurlu siyasətin sayəsində Azərbaycanda sabitlik yarandı , daxili çəkişmələrə son qoyuldu , xalqımızın rifah halı yaxşılaşdı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə ciddi nailiyyətlər əldə edildi.Həmin dövrdə iqtisadiyyatımızın inkişafı ücün zəruri olan əsrin müqaviləsi bağlandı. Umummilli Liderimiz Heydər Əliyevin və Möhtərəm Prezidentimiz İlham Əliyevin apardıqları siyasət nəticəsində ölkəmiz dünyanın ən mötəbər təşkilatlarına üzv olub, ən mötəbər tədbirlərə ev sahibliyi edir.

Bayram günündə gənclərlə birlikdə olmaqdan məmnunluğunu ifadə edən AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanın ən qədim dövlətçilik ənənələrinin və sivlizasiyalarının formalaşdığı məkanlardan biridir. Ölkəmiz Türk dünyası arasında “Qızıl Körpü ”dür. Azərbyacan bu günə çatmaq üçün çox çətinliklər görüb. O dövrdə bizim rəhbərlərimiz xalqla deyil Qarbaçovla birləşdilər və nəticədə ölkəmizə qoşun yeridildi. Heydər Əliyevin Moskvada etdiyi tarixi çıxışdan sonra düşmən anladı ki, xalqımızın belə bir lideri var. Heydər Əliyev Azərbaycanın dövlətçilik mədəniyyətinin varisidir. İlham Əliyev Bakı–Tibilisi–Qars dəmir yolu layihəsi ilə Şərq ölkələrini Avropaya birləşdirdi. Tarixçi alim Yaqub Mahmudov qeyd etdi ki, tarixən bizim dövlətçiliyimizə qarşı çıxanlar olub. Bu gün də xarici güclər tərəfindən ölkəmizə qarşı aparlılan siyasətə qarşı gənclərin dövlətimizə sahib çıxmalarını, Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmələrini tövsiyyə etdi.

Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov müstəqillik dövründə aparılan uğurlu siyasətdən danışıb.

Universitetin tələbələri çıxış edərək Müstəqillik dövründə həyata keçirilən təhsil və gənclər siyasətindən,qəbul olunan proqramlardan və gənclər üçün yaradılmış geniş imkanlardan danışıblar.
Tələbələr qeyd ediblər ki, Umummilli Liderimizin adına layiq vətəndaş olacaqlar və müstəqilliyimizin qorunması üçün əllərindən gələni edəcəklər.

Tədbir bədii hissə ilə davam edən tədbirdə universitetin tələbələrindən ibarət özfəaliyyət klubları vətənpərvərlik mövzusunda mahnı və rəqslər ifa ediblər.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: