II Qış Elm Festivalı təşkil olunub

II Qış Elm Festivalı təşkil olunub II Qış Elm Festivalı təşkil olunub Qafqaz Universiteti Tələbə Elmi Cəmiyyəti II Qış Elm Festivalını təşkil edib.
Festival keçən il keçirilmiş
I Qış Elm Festivalından daha təntənəli təşkil olunub.


Qafqaz Universiteti Tələbə Elmi Cəmiyyətinin ötən ilin dekabrında təşkil etdiyi
“I Qış Elm Festivalı” Fizika, Riyaziyyat, Kimya, Dil və Ədəbiyyat, Mühəndislik, İqtisadiyyat və İdarəetmə, Biologiya sahələri üzrə tələbələrin hazırladığı layihə, eksperiment və nəzəri təqdimatlardan ibarət sərgidir.
2015-ci il dekabr ayının 21-də Qafqaz universitetininin əsas binasının foyesində baş tutmuş sərgidə adları qeyd olunan sahələr üzrə layihələr fərdi və qrup şəklində təqdim olunmuşdur.
Sərgidə Qafqaz Universitetinin müəllimləri və tələbələri ilə yanaşı, orta məktəb şagirdləri, həmçinin də digər universitetlərdən, elm və təhsil müəsisələrindən bir sıra qonaqlar iştirak etmişdir.

Sərgidə iştirak edən tələbələrə stimul olması naminə universitetin müəllim kollektivindən seçilmiş münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılmış və fərqlənən iştirakçılar mükafatlandırılmış, həmçinin bütün içtirakçı tələbələrə sertifikatlar təqdim olunmuşdur.
Mükafatlandırma mərasimində qaliblərə mükafatlar rektor və prorektorlar tərəfindən təqdim edilmişdir.

Qafqaz Universitetindən ZiM.Az-a bildiriblər ki, bu ilki festivalda isə keçən ilkindən fəqli olaraq artıq Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının M. Füzuli adına Əlyzmalar İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə. Quliyev Adına Aşqarlar Kimyası İnstitutu , Bakı İstedadlar liseyi və bir sıra orta məktəblər də daxil olmaqla tələbələr öz layihələri ilə müraciət ediblər.

Qafqaz Universiteti tələbələri də daxil olmaqla ümumilikdə 100-dən çox layihə nümayiş olunub.

Layihələr 7 kateqoriyaya bölünmüşdür:
Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat.


Sərginin açılışında lenti kəsən Qafqaz Universitetinin rektoru, Əməkdar elm xadimi,
professor Havar Məmmədov
qeyd edib ki, “universitetimiz möhtəşəm bir elm hadisəsinə
ev sahibliyi edib və bunun da tələbələrin həm elmə olan marağının artırılması, həm də
tələbələrdə motivasiyasının yüksəlməsi üçün çox əhəmiyyətli olacağını düşünürük”
.
Qafqaz Universiteti həmişə tələbələrin elmi yeniliklərini dəstəkləyib.
QUTexnoparkda Startapların həyata keçirilməsi üçün şərait yaradılıb.

Rektor və qonaqlar sərgidə nümayiş olunan layihələri izləyiblər və fikir bildiriblər.

Qafqaz Universitetinin “Pİ” kulubunun təqdim etdikləri riyazi metodlar iştirakçıların marağına səbəb olub.

Sərginin sonunda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: