Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib

Bakı Mühəndislik Universitetinə yeni rektor əvəzi təyin edilib Yeni yaradılan
Bakı Mühəndislik Universitetinə
yeni rektor əvəzi
təyin edilib


Bakı Mühəndislik Universitetindən
ZiM.Az-a bildiriblər ki,
Azərbaycan Respublikasının
təhsil naziri
Mikayıl Cabbarovun əmri ilə bu vəzifənin icrası
Əməkdar elm xadimi,
texnika elmləri doktoru,
"Şöhrət" ordenli professor
Havar Məmmədova tapşırılıb.


Yeni rektor əvəzi artıq vəzifəsinin icrasına başlayıb.

İndiyə qədər BMU-nun rektor səlahiyyətlərini Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov icra edirdi.

Qeyd edək ki, BMU ötən ay fəaliyyətə başlayıb. Keçmiş Qafqaz Universitetinin bazası həmin təhsil ocağının tabeliyinə verilib.

Xatırladaq ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: