Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!.. Borçalı mahalının Dəllər kəndinin ağsaqqallarından olan, Qazaxlar soyunun ləyaqətli kişilərindən biri Səlim Vəli oğlu İsgəndərovun vəfatı bütün qohumları, yaxınları ürəkdən sarsıtdı.
1932-ci ildə doğulan Səlim Vəlioğlu ömrünün 84-cü ilində həyata əlvida dedi. Onun dünyadan köçməsi övladlarını, nəvələrini hədsiz dərəcədə sarsıdıb.
Səlim lələnin vəfatı ilə əlaqədar nəvəsi Sarıyev Rəhim - nənəsi Zəhra Hökmalıqızına, anasına, dayılarına, xalalarına baş sağlığı verir.
Səlim Vəli oğlunun vəfatı ilə bağlı üz vermiş kədərə mən də şərik oluram, ailəsinə dərin hüznlə baş saglığı verirəm. Allah rəhmət eləsin!..

İradə SARIYEVA.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: