Sizlər bu seçkilərdə "ssenarisi yazılmış tamaşanın" uğur qazanmayan, tamaşaçı hay-küyü ilə qarşılanan oyunçuları oldunuz. Özünüz bilə-bilə bu uğursuz tamaşanın "səhnəsində" necə oyun oynadığınızın, imkanlarınız olmadığı halda belə boş və yalan vədlərlə çıxış etməyinizin fərqinə varmadınız. Və seçicilərlə görüşlərinizdə "mütləq qələbə qazanacağınızı" sadə qəlbli soydaşlarımıza şirin və aldadıcı vədlər verdiniz. Hər biriniz dünya görmüş ziyalılar idiniz. Bəs nə üçün bir araya gəlib layiqli namizədin qalmasına şərait yaratmadınız?
Nə idi sizlərə mane olan? Məgər soydaşlarımızla "təmas qurmaq", "görüşüb söhbət etmək", "problemləri ilə maraqlanmaq" və onların "həllinə nail olmaq" məhz seçkilər zamanı yadınıza düşdü?
Nə üçün siyasi partiyalar gürcülərin deyil, məhz azərbaycanlıların namizədliyini verir? Qızılhacılı seçki məntəqəsində baş verən xoşagəlməz, qarşıdurma deyilənləri təsdiqləyir. Bir onu deyə bilərəm ki, müstəqil namizədliyini verən Namiq Valehoğlu qədər siz cəsarətli və təəssübkeş olmadınız.
O, Bolnisi seçki dairəsində Azərbaycanlı namizədlərin "yağışdan sonra köbələk kimi artdığını" görüb namizədliyini geri götürdü. Lakin hamınız (biz hamımız) yerli-yersiz əlimizə "badə" alanda millətin, xalqın "söz qəhrəmanlarına" çevrilirik. Seçkilərdə sizi "dəstəkləyən" beş-on nəfər "çıxdaşlarımıza" minnətdar olduğunuzu deyirsiniz. Əlbəttə, omların "zəhmətinə", müti qul kimi "xidmətlərinə" görə "təşəkkür" etməlsiniz.
Bəs Dostluqda sədaqətli, Qonşuluqda qayğıkeş, Gürcüstanın müstəqilliyi və torpaqlarımızın bütövlüy uğrunda Gürcü qardaşlarla çiyin-çiyinə addımlayan XALQIMIZIN iradəsini qıranlara, müstəqil seçim eməsinə mane olanlara, fırıldaqla omları çaşdıranlara, "xöşbəxtliklərini xalqın bədbəxtliyi üzərində quranlara (qurmaq istəyənlərə) nə deyərdiniz", hörmətli sabiq namizədlər?
Əlixan YƏHYAOĞLU,
Bolnisi Mədəniyyət Mərkəzinin rəhbəri,
"ÜMİD" qəzetinin Baş redaktoru.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.