BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİBBOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB 2017-ci il mayın 6-da Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində Azərbaycan dilli məktəblərin şagirdləri arasında ümumi fənlər üzrə rayon səviyyəli növbəti olimpiada keçirilib.

Gürcüstandan
Nadir Almazoğlu ZiM.Az-a bildirib ki, “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə Azərbaycan dilli məktəblərin şagirdləri arasında keçirilən rayon səviyyəli olimpiada Gürcüstan Elm və Təhsil nazirliyinin və Bolnisi rayon İcra hakimiyyətinin dəstəyi ilə baş tutub.

Yarışda 15 məktəbdən (Qeta, Çurtavi, Darvaz, Talaver N1 və digər içtimai təhsil ocaqlarından) VIII, IX, X və XI siniflər üzrə 60 nəfərə yaxın şagird iştirak edib.

Olimpiadada şagirdlər ümumi fənlər üzrə (Gürcü dili, Azərbaycan dili, Ədəbiyyat, İngilis dili, Tarix, Riyaziyyat, Coğrafiya, Biologiya, Kimiya, Fizika) 10 sualı cavablandırıblar.
Müsabiqədə iştirakçılara verilən sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verilib.
Suallar arasında Azərbaycan dili və Ədəbiyyat fəninə geniş yer ayırılıb.

“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın təşəbbüs təşkilatçılığı ilə həyata keçən olimpiadada 4 nəfər şagird qalib olub.

Qaliblər 8-ci sinif üzrə Zemo Bolnisi içtimai məktəbinin şagirdi Nərgiz İsayeva, 9-cu sinif üzrə Talaver 1 nömrəli içtimai məktəbin şagirdi Əminə Eyyubova, 10-cu sinif üzrə Talaver 2 nömrəli içtimai məktəbin şagirdi Aidə Qasımova, 11-ci sinif üzrə Kvemo Bolnisi 1 nömrəli içtimai məktəbin şagirdi Aytac Mahmudova seçiliblər.

Birinci yerə çıxan şagirdlərə təşkilat tərəfindən xüsusi diplom və qiymətli hədiyyələr təqdim edilib.

Hədiyyələrin təqdimat tədbirində məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak ediblər.

Sonda Gürcüstanda Azərbaycanlı müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı müəllimlər, şagirdlər və valideynlər qarşısında çıxış edərək olimpiadanın keçirilməsində göstərdiyi dəstəyə görə Bolnisi rayon İcra Başçısı cənab Davit Şerazedaşviliyə, Bolnisi rayon Bələdiyyəsinin sədr müavini İmran Qasımova və Bolnisi rayon Mədəniyyət şöbəsinin rəhbəri Koba Jqentiyə, eləcə də məktəblərarası bilik yarışının keçirilməsində yüksək şərait yaratdığına görə kənd sakini Xıdır Sərdarova təşkilatın üzvləri adından və şəxsən öz adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Daha sonra olimpiadada iştirak edən şagirdlərlə xatirə şəkili çəkdirilib.

Məlumat üçün onu da bildirək ki, təşkilat tərəfindən Bolnisidən əvvəl Marneuli və Qardabani rayonlarında keçirilmiş olimpiadanın növbəti məkanı Dmanisi rayonu nəzərdə tutulub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: