1919-cu ildə keçirilən parlament seçkilərində istirak edən "Borçalı Mahalı Müsəlmanları Qrupu"nun seçkidə iştirak etməsi üçün seçki komissiyasına təqdim etdiyi imzalarda Molla Namazın da adı var.
Arıxlı kəndində Uzunbaşoğlu qardaşına toy edir, bu toyu idarə etmək üçün şair Nəbini də dəvət edirlər. Toyda şair Nəbi toyda iştirak edənlər barədə şeir deyir və şeirdə Emin ağanın, Təhməzqulunun, Qurban Hasan oğlunun, Molla Namazın və başqalarının adı çəkilir.
"Borçalı Mahalı Müsəlmanları Qrupu"nun seçki komissiyasına təqdim etdiyi namizədlər siyahısında Təhməzqulu ağanın və Qurban Hasan oğlunun da adı var. Seçki komissiyası Təhməzqulu ağanın namizədliyini təqdim etmir, Qurban Hasan oğlunun namizədliyini isə təsdiq edir.
Qurban Hasan oğlu Saraçlı kəndindən olub. Aşıq Hüseyn Saraçlının atası olub. 1930-cu illərdə güllələnib.
P.S.: Şəkil 100 ildən artıqdır çəkilib. SSRİ dövründə şəkili gizləyiblər.
"Gündəlik-Gürcüstan"
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.