Seçki bülleteninin nömrəsi 42-dir!
Onun Faxralı və İmirhəsən kənd sakinlərinə müraciətini dərc edirik.
ƏZİZ SEÇİCİLƏR!
ƏGƏR MƏNƏ ETİMAD GÖSTƏRİB SƏS VERSƏNİZ, SÖZ VERİRƏM Kİ, BİR ELOĞLUNUZ KİMİ FƏALİYYƏTİMİ SİZLƏRİN PROBLEMLƏRİNİN HƏLLİNDƏN BAŞLAYACAĞAM. SƏLAHİYYƏTLƏRİM ÇƏRÇİVƏSİDƏ, GÜCÜM DAXİLİNDƏ PROBLEMLƏRİNİZİN HƏLLİNƏ YARDIMÇI OLACAĞAM. ELƏLƏRİ VAR Kİ, NEÇƏ İLLƏRDİR SİZƏ SEÇKİ QABAĞI YALAN VƏ FANTASTİK VƏDLƏR VERİRLƏR. BELƏ VƏD VERƏNLƏR SİZLƏRİ ALDADIR. ÇÜNKİ, ELƏ MƏSƏLƏLƏR VAR Kİ, DÖVLƏTİN DƏSTƏYİ OLMADAN ONLARI HƏLL ETMƏK MÜMKÜN DEYİL. MƏN İSƏ YALAN VƏDLƏRDƏN UZAĞAM. ƏGƏR HANSISA PROBLEMİN HƏLLİNƏ GÜCÜM ÇATMAYACAQSA, YENƏ DƏ SİZİN YANINIZDA OLACAM. AĞSAQQALLARIN, AĞBİRÇƏKLƏRİN ÖVLADI, GƏNCLƏRİN QARDAŞI KİMİ HƏR ZAMAN MƏNƏVİ DAYAĞINIZ OLACAM. ÇÜNKİ, YOLUMUZ HAQQ – ƏDALƏT YOLUDUR!
HƏRDƏN FİKİRLƏŞİRƏM Kİ, BƏZİ İNSANLAR NİYƏ BELƏ İKİÜZLÜ OLUBLAR?. GÜNDƏ BİR CİLDƏ GİRİB, MÜXTƏLİF SİFƏTLƏR OLURLAR. DƏFƏLƏRLƏ XALQIN HALAL SƏSLƏRİNİ OĞURLAYARAQ, NƏ XALQ ÜÇÜN, NƏ DƏ KƏND ÜÇÜN HEÇ NƏ ETMƏYİBLƏR. DÜNƏN BİR PARTİYAYA ÜZV OLURLAR, BU GÜN ÖZ PARTİYA YOLAŞLARINI VƏ ƏQİDƏDAŞLARINI SATIB, BAŞQA PARTİYAYA ÜZV OLURLAR. GƏRƏK KİŞİNİN BİR SİFƏTİ OLA.
MƏN AÇIQ VƏ DÜRÜST İNSANAM. SÖZÜ ÜZƏ DÜZ DEYƏNƏM. DEDİYİM SÖZÜN NƏTİCƏSİNİN ÇİYNİMƏ HANSISA AĞIR YÜKÜ QOYUB – QOYMAYACAĞINDAN ASILI OLMAYARAQ İKİÜZLÜLÜK ETMƏYİ SEVMƏYƏNLƏRDƏNƏM. ONA GÖRƏ HEÇ BİR PARTİYANIN ÜZVÜ DEYİLƏM.
HÖRMƏTLİ ELOĞLULAR! ƏZİZ FAXRALI VƏ İMİRHƏSƏN SAKİNLƏRİ!
BU GÜNDƏN SİZİN HƏR BİRİNİZDƏN XAHİŞ EDİRƏM, KƏNDİNİZİN, ELƏCƏDƏ YAŞADIĞINIZ MƏHƏLLƏNİN PROBLEMLƏRİ İLƏ BAĞLI MƏNƏ YAZIN. YAZIN Kİ, XƏBƏRİM OLSUN. ELƏCƏ DƏ BİR NAMİZƏD OLARAQ SİZİN SUALLARINIZI CAVABLANDIRMAĞA HAZIRAM.
SİZİN HƏR BİRİNİZDƏN OKTYABRIN 21-də SEÇKİ MƏNTƏQƏSİNƏ GETMƏYİ VƏ MÜSTƏQİL NAMİZƏD OLARAQ 42-Cİ NÖMRƏYƏ, YƏNİ MƏNƏ SƏS VERMƏYİ XAHİŞ EDİRƏM.
MƏNİM VİCDAN AMALIM BELƏDİR: VƏZİFƏ NƏRDİVANLARINI ÇIXARKƏN, İNSANLARLA YAXŞI DAVRAN. ÇÜNKİ, ENƏRKƏN YENƏ EYNİ İNSANLARA RAST GƏLƏCƏKSƏN VƏ YALVARARAQ DİLƏNÇİ KİMİ ONLARDAN SƏS İSTƏYƏCƏKSƏN.
FİKİR VƏ RƏYLƏRİNİZİ BİLDİRİN. MƏNİM AMALIM SİZƏ XİDMƏT ETMƏKDİR.
ƏZİZ SECİCİLƏR! BU GUN BOLNİSİ RAYONU MSK RƏSMƏN MƏNİM NAMİZƏDLİYİMİ TƏSDİQLƏDİ. BUNUN ÜCUN HƏR BİRİNİZƏ AYRI-AYRILIQDA TƏSƏKKÜR EDIRƏM. ƏZIZ FAXRALILAR VƏ İMİRHƏSƏNLİLƏR! MƏN SİZƏ VƏ SİZİN SƏSINIZƏ GÜVƏNƏRƏK BU MÜBARİZƏYƏ QOŞULMUSAM.
MƏN MÜSTƏQİL NAMİZƏDƏM VƏ HEÇ BİR PARTİYANIN ÜZVÜ DEYİLƏM.
ƏZİZ ELOGLULAR! HƏR İKİ KƏNDİN PROBLEMLƏRİNİN HƏLLİ ILƏ BAGLI KONKRET LAYİHƏ VƏ PLANLARIM VAR.
UNUTMAYIN: CƏSARƏTLİ OLUN SECKIYƏ GEDİN, 42 NÖMRƏLİ BÜLLETENDƏ MƏNƏ - QASIMOV ÇİNGİZ HALEY OĞLUNA SƏS VERİN. CUNKI, CESARƏTİN QURTARDIGI YERDE, ƏSARƏT BASLAYIR.
SİZİN HƏR BİRİNİZƏ UGURLAR ARZULAYIRAM VƏ 21 OKTYABR TARİXİNDƏ MƏNƏ SƏS VERMƏYİNİZİ GÖZLEYİRƏM.
HÖRMƏTLƏ, QASIMOV ÇİNGİZ HALEY OĞLU
Ə Z İ Z S E Ç İ C İ L Ə R!
Seçki şüarlarımız da sizə ünvanlayıram:
SİZİN TUTDUĞUNUZ YOL HAQQ YOLUDUR! HAQQ YOLU İSƏ TANRI YOLUDUR! SİZ BU YOLLA İNAMLA SEÇKİLƏRƏ GEDİRSİNİZ! NAHAQLAR HƏMİŞƏ HAQQA QARŞI ÇIXIBLAR, AMMA SONDA HAQQ QALİB GƏLİB! HAQQA, LAYİQ OLANA SƏS VERİN! HAQQI MÜBARİZƏ MEYDANINDA TƏK QOYMAYIN, MƏNƏ SƏS VERİN! SƏS VERİN Kİ, SƏSİNİZ EŞİDİLSİN VƏ HAQQ QALİB GƏLSİN!
Qasımov Çingiz Haley oğlunun tərcümeyi-halı:
Qasımov Çingiz Haley oğlu 24.10.1973-cü ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində müəllim ailəsində anadan olub. 1980 - ci ildə Faxralı kənd orta məktəbinin I sinfinə daxil olub və 1990 - cı ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1990-1996 - cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sənaye və mülki tikinti” fakültəsini, 1996 – 1999-cu illərdə MTN-nin nəzdindəki “Təhlükəsizlik xidməti əməkdaşı” məktəbini qırmızı diplomla bitirib.
2000-ci ildə İSAR – Azərbaycan Fondu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Mühasibat uçotu və vergi qanunvericiliyi” mövzusunda treninq kursda, 2002-ci ildə İSAR – Azərbaycan Fondu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “QHT-lərin fəaliyyətinin hüquqi əsasları” mövzusunda treninq kursda və 2003 – cü ildə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən təşkil olunmuş “QHT menecerləri və mühasibləri üçün təkmilləşdirmə” kurslarını uğurla başa vuraraq setifikatlar alıb.
Müxtəlif dövrlərdə hökumət və qeyri-hökumət idarələrində çalışıb. 2000-ci ildən Azərbaycan Respublikasında nəşr olunan dövri mətbuat orqanlarında “VƏTƏN ÖVLADI”, “AÇIQ SƏMA”, “SABAH”, “PROSES”, “DETEKTİV – A”, “İKİ SAHİL” və s. müxbir, məsul katib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. “SİRLİ QATİL”, “XƏYANƏT” adlı kitabların, bir çox şerlərin müəllifidir. Məqalələri “GÜRCÜSTAN”, “REGİON – PRESS”, “ÜMİD”, “SÖZÜN İŞIĞI”, “TƏHSİL” və “ZİYA” qəzetlərində dərc olunur.
2017-ci ildə “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabının məsləhətçiləri Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən “Regional əməkdaşlıq nümunəsi” adlı məqaləsi çoxsaylı jurnalistlər arasından seçilərək kitaba daxil edilmişdir.
Hal-hazırda “YURD SEVGİSİ” qəzetinin Gürcüstan üzrə xüsusi müxbiri və “SOCAR GEORGİYA PETROLEUM” şirkətində baş kassir – operator vəzifəsində çalışır.
Müxtəlif diplom, fəxri fərmanlara layiq görülüb.
Ailəlidir, 1 oğlu var.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.