Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr aparılıb

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr aparılıb Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr aparılıb Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr aparılıb Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr aparılıb Oktyabrın 9-da Bolnisidə Kvemo Kartli bölgəsində fəaliyyət göstərən Gender Bərabərliyi üzrə Jurnalistlər Şəbəkəsi “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzakirələr keçirib.

ZİM.az
saytının Gürcüstan Bürosunun məlumatına görə, tədbirdə gürcü və azərbaycanlı qadınlar, siyasi partiyaların üzvləri və qeyri-hökumət sektorunun nümayəndələri iştirak edib.

Tədbirdə "Gender Bərabərliyi üzrə Jurnalistlər Şəbəkəsi"nin rəhbəri
İnqa Alavidze
çıxış edərək seçkilərdə Bolnisinin kəndlərində yaşayan azərbaycanlı qadınların ehtiyaclarından və onları narahat edən problemlərdən danışıb.

Onun sözlərinə görə, Bolnisi bələdiyyəsinin inzibati ərazi vahidliyində yerləşən kəndlərdə müxtəlif təşkilatların üzvlərinin dəstəyi ilə qadınlar arasında sorğu məqsədi ilə 17 iclas keçirilib. Sorğunun hesabatında bildirilib ki, etnik azərbaycanlı qadınlar iclaslarda iştirak etmədiklərinə görə, sorğu təşkilatçıları azərbaycanlı qadınlarla məhsul sahələrində, onların toplandığı yerlərdə və ailələrdə görüşüblər.

Müzakirə çərçivəsində gürcü və azərbaycanlı qadınlar iştirak edərək qadınların seçkilərdə rolunun hələ də zəif olduğunu bildiriblər. Müzakirələrdə fəal qadınlardan Nona Rekhviaşvili, Nino Canadze, Yana Beriani, Sofya Xvistani, Nino Devnozaşvili, Natella SvanadzePati Tvildiani iştirak ediblər. İki saat davam edən görüşdə yerli özünü idarəetmə orqanlarına seçkilərdə namizədliyi irəli sürülən iki namizəd qadın iştirak edib.

Tədbirdə həmçinin, Bolnisi Rayon Bələdiyyəsinin üzvü Leyla ƏliyevaBolnisi Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Tədbir Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) ACCESS layihəsi çərçivəsində həyata keçirilən "Qadınlara Siyasətə Yardım" layihəsi çərçivəsində keçirilib.

Layihənin əsas məqsədi qadın seçiciləri şəbəkəsinin işini gücləndirmək, qadın seçicilərin maarifləndirilməsini ön plana çəkmək və oktyabrın 21-də keçiriləcək yerli özünü idarəetmə orqanlarına seçkilərdə onların fəallığını təmin etməkdir.

Nizami Məmmədzadə,
ZiM.Az-ın Gürcüstan Bürosunun rəhbəri,
Əməkdar jurnalist


ZiM.Az






.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: