ZİM.az-ın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, şəhər meri vəzifəsinə, rayon bələdiyyəsi üzvlüyünə namizədlərin plakatlarının sökülməsi üçün iməcilik elan olunub. Məlumata görə, tədbirdə yeni seçilən Bolnisi şəhər meri David Şerazadişvili və Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani təbliğat materiallarını sökmək üçün təşkil edilən tədbirə qatılıblar.
“Fürsətdən istifadə edərək, mənə etibar etdiklərinə görə, təşəkkürümü bildirirəm. Bu gün biz qanuna görə seçki başa çatdıqdan sonra şəhərdə təmizlik işlərinə başlamışıq. Təmizlik işləri davam edəcək və biz bu işi sona çatdıracağıq,”- Bolnisi şəhər meri David Şerazadişvili bildirib.
“Əlbətdə biz seçki zamanı istifadə olunan bütün plakat və şəkilləri bir günə təmizləyə bilməyəcəyik. Amma, şəhərdə təmizlik yaratmağa nail olcağıq. Bu, həmişə belə olacaq,” - Qoqi Meşveliani vurğulayıb.
Nizami MƏMMƏDZADƏ,
ZiM.Az
.