İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib

İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərov Gürcüstanda, Bolnisi şəhərində xidmətlərinə və töhvələrinə görə “Fəxri vətəndaş” seçilib.

“Fəxri vətəndaş” diplomu və medalı Bolnisi Bələdiyyə üzvlərinin səsverməsi sonrasında yekdilliklə seçilmiş İsmayıl Ömərova bələdiyyə sədri tərəfindən təqdim edilib. Qaydalara görə, “Fəxri vətəndaş” adı il ərzində bir dəfə keçirilən seçki nəticəsində müəyyənləşdirilərək, qalib gələn şəxsə təqdim oluna bilər.

Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın “İctimai-siyasi proqramlar” redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər yaradıcılıq yolu keçib. “Blokada”, “Əsrin faciəsi”, “Qanlı yanvar”, “Qarabağ düyünü” və. s teleserialların müəllifi və aparıcısı olub. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır.

Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.

2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.

2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu iki dönəm rəhbərlik edib.

Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

“Qızıl qələm” və “Araz” mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: