Mirzə Rza Əlizadə (1875-1942)

Mirzə Rza Əlizadə (1875-1942) Mirzə Rza Əlizadə 1875-ci ildə
qədim Borçalı mahalının Bolus elindəki
Faxralı kəndində anadan olub.


1890-1895-ci illərdə Qori Müəllimlər Seminariyasında
təhsil alıb.

1895-1899-cu illərdə Telavinin Qaracalar kəndində
müəllim işləyib.

1899-cu ildən 1917-ci ilə qədər tərcüməçi işləyib.

1917-1918-ci illərdə Borçalı qəza komisarı
Əbdürrəhim bəy Haqverdiyevin köməkçisi
işləyib.

1918-1919-cu təhsil ilində məktəb direktoru
vəzifəsində çalışıb.

Mirzə Rza Gürcüstan Demokratik Respublikasında
1919-cu ildə keçirilən parlament seçkilərində
Borçalı Mahalı müsəlmanları qrupunun siyahısında
namizəd olub.

Sonra bir müddət tatar (Azərbaycan) dilli məktəblər üzrə
inspektor vəzifəsində çalışıb.

1921-1931-ci illərdə Gürcüstanda Türk (Azərbaycan) dilli
məktəblərdə baş təlimatçı vəzifəsində çalışıb.

1934-cü ildə Türkiyəyə muhacirətə gedib.

Mirzə Rza Əlizadə 1942-ci ildə rəhmətə gedib.

Allah rəhmət eləsin!...


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: