qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı
Seneb kəndində anadan olub.
1978-80-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında (DQ) hərbi xidmət keçib.
1984-cü ildə SSRİ DİN DQ Leninqrad ali hərbi-siyasi məktəbini uğurla başa vurub.
Bir müddət DQ-nin Tiflis və Kutaisi şəhərlərindəki hərbi hissələrində (h/h) xidmət göstərib.
1991-ci ildə DQ-nin Naxçıvan MR-da xidmətini davam etdirib.
1992-ci ildən artıq müstəqil Azərbaycanın DİN DQ-nin
Bakının Biləcəri qəsəbəsindəki N saylı h/h-də çalışıb.
Həmin ilin sonlarından isə Əli Bayramlı (indiki Şirvan) şəhərindəki
N saylı h/h-də komandir müavini və komandir vəzifələrində xidmət göstərib.
1993-cü ildə DİN DQ Döyüş Hazırlığı İdarəsinin rəisi və eyni zamanda
DQ komandanının müavini vəzifəsini icra edib.
2003-cü ildən isə DQ Baş İdarəsinin inspeksiya rəisi təyin olunub.
Bu müddət ərzində DQ-da Zabitlər Şurasının, Mənzil-Məişəti,
Attesataisya və İdman Komitələrinin sədri kimi ictimai vəzifələr də aparıb.
Polkovnik Salman Musayev Azərbaycan Respublikası Prezidentinin
30 iyun 2002-ci il tarixli fərmanıyla "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2009-cu mayından Silahlı Qüvvələrdən tərxis olunub.
Ancaq dövlət qulluğunu davam etdirir.
Hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavinidir.
Biz də polkovnik Salman Musayevə uğurlar arzulayırıq!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.