BOLUS (BOLNİSİ) RAYONU:

BOLUS (BOLNİSİ) RAYONU:
BOLUS (BOLNİSİ) RAYONU: BOLUS (VƏ YA BOLULUS) - Qədim Borçalı mahalının mərkəzi ərazisində yerləşən indiki Bolnisi rayonunun əvvəlki qədim adıdır.
Bu oykonim, çox güman ki, türk dillərində «bolluq» mənasını bildirən «bol»«əyalət, nahiyə, bölgə» mənalarını bildirən «ulus» sözlərinin birləşməsindən düzəlmiş və bu ərazidəki Bolus və ya Bolulus (indiki Bolnisi) çayının adı ilə əlaqədar yaranmışdır. Ümumi mənası «bolluq məkanı, bolluq bölgəsi» deməkdir.
«Bolulus», əsasən, Borçalının Bağ bölgəsində yerləşir.

İndi bu bölgə Bolnisi rayonu - Bolnisi bələdiyyəsi adlanır. Bolnisi həm rayon - inzibati ərazisinin, həm rayon mərkəzinin adıdır.

Bundan başqa, «Bolnisi» sözü «Bolnis Kəpənəkçi» ifadəsinin tərkibində də işlədilir.
Belə ki, XX əsrin 40-cı illərindən sonra 1500 ildən çox yaşı olan Kəpənəkçi kəndi də Kvemo-Bolnisi (Aşağı Bolnisi) adlandırıldı.

Tarixi Borçalı mahalına daxil olan Bolnisi bələdiyyəsi Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Talaver (Talvar – yerli əhali buranı Tənəklik də adlandırır) və Sağsağanlıçay çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır.


Coğrafi mövqeyi: Bolnisi şəhəri - Ölkənin cənub-şərqində, Tiflisdən 63 km cənub-şərqdə, Maşaver çayının sol sahilində, Tapan dağının güneyində yerləşir.

1917-ci ilə qədər Tiflis Quberniyasnin Borçalı qəzasına, 1929-cu ilədək Gurcüstan SSR-in Lüksenburq rayonuna daxil olmuş, 1929-cu ildən Lüksenburq rayonu statusu almışdı, 1947-ildən Bolnisi rayonu adlanır.
1963-66-cı illərdə Marneuli və Dmanisi rayonlarını da əhatə etmişdi, 1966-cı ildə indiki sərhədləri daxilində Bolnisi rayonuna çevrilib.
Hazırda Kvemo-Kartli diyarına (mxaresinə) daxildir. Şimalda Tetri Skaro (Ağbulaq), şərqdə Marneuli (Sarvan), qərbdə Dmanisi, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.

Hüduları cənubda Ermenistan, qərbdə Dmanisi rayonu, şərqdə və cənub-şərqdə Marneuli rayonu, şimalda Tetricigaro rayonu ilə əhatələnib.
Ərazisindən Xram, Maşaver çayları axır, avtomobil və dəmiryolu keçir.

Ərazisi: 804 kv. km., o cümlədən kənd təsərrüfatına yararlı 390 kv. km. Təməl qazıntı zənginliyi barit, tuf, Madneulə polimetal yatağıdır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən üzümçülük, tərəvəzçilik, faraş kartofçuluq, heyvandarlıq təşkil edir.

Tarixi: - Çar Rusiyası Güney Qafqazda öz işğalını başa çatdırdıqdan sonra 1815-1818-ci illərdə bu ərazilərə almanlar köçürülüb.
Beləliklə də, Bağ Borçalısının mərkəzi hissəsində yeni bir alman yaşayış məntəqəsi yarandı. Bu məntəqə Yekaterinfeld adlandırılıb.
1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Yekaterinfeldin adı dəyişdirilib Lüksemburq qoyulub.
1941-ci ildə Almaniya-SSRİ müharibəsi başlanan kimi SSRİ hökuməti tərəfindən bu ərazidə təxminən 125 illik tarixə malik olan almanları Sibirə, Qazaxıstana və Orta Asiyaya sürgün ediliblər… 1943-cu ildə almanların Lüksemburq qəsəbəsindən sürgünü başa çatdıqdan sonra yaxınlıqdakı Cürük Qəmərli kəndinin əhalisi bura köçürülüb, kənd ləğv edilib və qəsəbə Bolnisi adlandırılıb. Eyni zamanda həmin illərdə Bolnisiyə Qərbi Gürcüstandan gürcülər gətirilib. Beləliklə də tarixən onun qərb tərəfindəki qurtaracağında yerləşmiş sabiq Cürük Qəmərli kəndinin torpaqları hesabına qəsəbə böyüyüb.
1967-ci ildən Bolnisi qəsə-bəsinə şəhər statusu verilib Bu şəhərdə bir sıra xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar, gürcülər, ermənilər, ruslar, osetinlər, yunanlar və başqaları birlikdə yaşayırıblar.
Bolnisi şəhərində 740 azərbaycanlı ailəsi, başqa sözlə, 3 min nəfərdən çox soydaşımız məskunlaşmışdı. Təəssüflər olsun ki, 70 il dünyaya meydan oxuyan SSRİ imperiyası çökdüyü zaman keçmiş SSRİ hökuməti xalqlar arasında «milli-ədavət toxumu» səpdi. Bu «toxum» tez cücərti verdi. Z.Qamsaxurdiya hökuməti Azərbaycan millətindən olan əhalini Gürcüstandan çıxarmağa başladı. Onların arasında ilk «çıxarılanlar, qovulanlar» Bolnisi şəhərinin azərbaycanlı sakinləri oldular.

Əhalisi: 1989-cu ildə 67700 nəfər, 2002-ci ildə 74301 nəfər (hər kv/km-ə 92,4 nəfər; ölkə əhalisinin 1.7%-i) olub.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.7 min nəfərdir. Əhalinin sıxlığı 1 km²-ə üçün 97,8 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2012-ci ilə qədərki 23 il ərzində 2.8 min nəfər, yəni 3.44 % azalmışdır.

Bolnisi rayonunun tərkibində hazırda 1 şəhər (Bolnisi), 2 qəsəbə (Tamarisi və Kazreti), 11 kənd məclisi, 45 kənd var. İnzibati mərkəzi Bolnisi şəhəridir.
37 kəndin əhalisi elliklə azərbaycanlılardır.


Soydaşlarımız Kvemo-Bolnisi (Kəpənəkçi), Faxralı, Saraclı, Arıxlı, Darbaz, Qoçulu, Abdallı, Arakol, Daşdıoğullar, Dəmirli, Güləver, Qoşakilsə, Mığırlı, Musoprian, Müşevən, Qaradaş, Qaratikan, Hasanxocalı, İmirhəsən, Kolagir, Əsmələr, Molla-Əhmədli, Bala Muğanlı, Bərtəkər, Cəfərli, İncəoğlu, Şəmşiöyü, Sisqala (Saalıoğlu), Sarallar, Zol-Göyəc, Kipircik, Ağalar, Şahbuzlu kəndlərində tamamilə, Qazret, Tamaris qəsəbələrində, (Ayorta (Akaurt), Sənəb, Çataq (Poladauri) kəndlərində gürcülərlə bərabər yaşayırlar.


Etnik tərkibi: Soydaşlarımız 1979-cu ildə 45914 nəfər (66.9%), 1989-cu ildə 53808 (66%), 2002-ci ildə 49026 nəfər (kənd əhalisinin 85%-i), 2006-cı ildə 51600 nəfər.
1989-cu ildə əhalinin siyahıya alınmasına görə Bolnisi rayonunda soydaşlarımız 53808 nəfər olub, bu da rayon əhalisinin 66%-i deməkdir.
2002-ci ildə isə, soydaşlarımız 49025 nəfər olub. Bu da kənd əhalisinin 85% deməkdir. Çünki 1990-cı illərdə rayonun Bolnisi şəhərindən və Kazreti şəhər tipli qəsəbəsindən soydaşlarımız qeyri-qanuni olaraq çıxarılmışdır... Bu da Bolnisi rayonunda yaşayan soydaşlarımızın təxminən 5000 nəfər azalmasına səbəb olmuşdur. Hazırda Bolnisi rayonunda 1 şəhər, 2 qəsəbə, 11 kənd məclisi, 45 kənd var. 37 kəndin əhalisi elliklə azərbaycanlılardır. Rayo-nun indi 80.000 nəfərə yaxın əhalisi var ki, onun da təxminən 70 %-ini soydaşlarımız təşkil edirlər.

Mərkəzi: Bolnisi şəhəri.
1967-ci ildən şəhərdir. Buradan soydaşlarımız (702 ailə) 1990-1991-ci illərdə qovulmuşlar.
Rəsmi statistikaya görə Bolnisi şəhərində 2002-ci ildə çox az sayda (cəmi 2 ailə) azərbaycanlı qalmışdır.
Hazırda isə cəmi 36 azərbaycanlı ailəsi yaşamaqdadır… Onu da qeyd edək ki, 1970-1980-i illərdə rayon əhalisinin 65%-dən çoxunu azərbaycanlılar təşkil etdiyi kimi, o dövrün rayon-inzibati təşkilatlarında işləyənlərin, bəlkə də, 70%-ə qədəri də azərbaycanlılar idi. İndi əhalinin faiz nisbəti qalxsa da, rayon - inzibati təşkilatlarında işləyənlərin sayı, bəlkə, heç 1%- də təşkil etmir. Güman ki, bu barədə həm Gürcüstan hökuməti, həm də Bolnisi rayonuna rəhbərlik edən təşkilatlar düşünəcəklər…

Maarif: 39 Azərbaycan məktəbi, o cümlədən 13 orta, 14 təməl, 2 elementar, 10-u ibtidai məktəb və 5830 nəfər azərbaycanlı şagird, 799 nəfər azərbaycanlı müəllim olub.

Onu da qeyd edək ki, 1930-cu illərdən 1990-cı ilə qədər Bolnisi şəhərində Azərbaycan dilində müxtəlif illərdə Kənd Təssərrüfatı Texnikumu, Tibb Məktəbi, M.F.Axundzadə adına orta məktəb, mədəniyyət mərkəzi, xalq teatrı, «Könül» ansamblı fəaliyyət göstərmişdir.

Mətbuat:

1935-ci ildən «Al bayraq», sonralar «Qələbə bayrağı», 1990-cı ildən isə «Bolnisi» adlı rayon qəzeti Azərbaycan və gürcü dilərində nəşr olunmuşdur.
Qəzetin inkişafında və təlatümlü «yenidənqurma» illərindən sonra nəşr olunmasında mərhum Cəlil Binnətovun, Xəlil Allahverdiyevin, Rəşid Faxralının, Musa Çobanovun, Müşfiq Çobanlının və başqalarının xidmətlərini heç vaxt unutmaq olmaz.

Sevindirici haldır ki, son illərdə dəyərli ziyalımız Əlixan Yəhyaoğlunun təşəbbüsü və böyük əməyi sayəsində Bolisidə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmış və onun özünün redaktorluğu ilə "ÜMİD" adlı qəzet nəşr olunmağa başlamışdır.

Toponimləri: 1990-cı illərdə azərbaycanlı kənd toponimləri başqa adlarla əvəzlənməyə cəhd göstərilib, o cümlədən: Abdallı – Cavşaniani (Cavşanlı), Arakel – Zezvnar, Arıxlı – Naxidur (Anaxatır), Bala Muğanlı – Parizi (Pəhriz), Cəfərli – Samtredo, Daşdıoğullar – Muxran, Dəmirli – Xaxalacvar, Əsmələr – Mcğnet, Faxralı – Talaver, Yuxarı Güləver – Cipor, Aşağı Güləver – Qeta (Gədi), Hasanxocalı – Xidisqğuri (Körpüqulağı), İmirhəsən – Savanet, İncəoğlu – Zemo-Bolnis, Kolagir – Surtav, Qaradaş – İcri, Qoçulu – Capala, Qoşaisə – Arkevani, Mığırlı – Vanat, Molla-Əhmədli – Xataveti, Babakişilər (Musaprian) – Potsxveriani, Sarallar – Zvaret, Saraçlı – Mamxut, Sisqala – Creş.

BOLNİSİ RAYONUNDAKI KƏNDLƏR:

Abdallı (Cavşanlı) kəndi (geniş)
Ağalar kəndi
Akaurt (Ayorta) kəndi
Arakol - Arakel (Zezvnar) kəndi
Arıxlı (Anahatir) kəndi (geniş)
Babakişilər - Musoprian (Pochivarli) kəndi
Bala Muğanli (Pəhriz) kəndi
Bala Darbaz kəndi
Balıc kəndi
Bəytəkər - Bərtəkər (Bəytəkər) kəndi
Çəfərli (Samgeret) kəndi
Darbaz kəndi
Daşdıqullar (Muxran) kəndi
Dəllər (Müşəvən) kəndi
Dəmirli kəndi
Əsmələr (Mecğnet) kəndi
Faxralı (Dələver) kəndi (geniş)
Güləver kəndi
Hasanxocalı (Hidiskğuri-körpüqulaği) kəndi
İmirhəsən (Savanet) kəndi
İncəoğlu (Zemo-Bolnisi) kəndi
Qaradaş (İçri, Qaraçöp) kəndi
Qaratikan kəndi
Kazret qəsəbəsi
Kəpənəkçi (Kvemo-Bolnisi) kəndi
Kipircik kəndi
Qoçulu (Capala) kəndi
Kolagir (Curtav) kəndi
Qoşakilsə (Erkevan) kəndi
Mığırlı (Vanat) kəndi
Molla Əhmədli (Hatavet) kəndi
Poladauri kəndi
Samsevris (Şəmşiöyü) kəndi
Sarallar (Ziyarət) kəndi
Saraclı (Mamhut) kəndi
Sənəb - Senef kəndi
Sisqala (Sayalıoğlu) kəndi
Şahbuzlu kəndi
Tamariz qəsəbəsi
Tanziya kəndi
Zol-Göyəc kəndi



BOLUS (BOLNİSİ) RAYONU: P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az


BOLNİSİ BƏLƏDİYYƏSİ

XIX yüzilliyin əvvəllərinə qədər Bolnisi bələdiyyəsinin ərazisi müsəlman-türk Azərbaycan dövlətlərinin, çar Rusiyası tərəfindən işğalı ərəfəsində isə Borçalı sultanlığınn tərkibində olmuşdur. İndiki Bolnisi şəhəri 1818-ci ilin payızında azərbaycanlılar yaşamış Çörük Qəmərli kəndinin yerində və rus çarı I Pavelin qızı Yekaterinanın şərəfinə almanlar üçün salınmışdır. I Napoleon müharibələri zamanı təsərrüfatları dağıdılmış 116 alman ailəsinin yerləşdirildiyi qəsəbə Yekaterinenfeld adlandırılmışdır. Gürcüstanda sovet rejimi qurulduqdan sonra 1921-ci ildən qəsəbənin adı dəyişdirilərək, alman kommunisti Roza Lüksemburqun şərəfinə Lüksemburq adlandırılmışdır. Almaniyanın SSRİ-yə hücumu nəticəsində 1941-ci ilin oktyabrında Lüksemburq almanları Qazaxıstana sürgün edilmiş və 1943-cü ildə qəsəbənin adı dəyişdirələrək Bolnisi olmuşdur. 1967-ci ilin dekabrında Bolnisi qəsəbəsinə şəhər statusu verilmişdir.
Bolnisidə (Çörük Qəmərli) ən qədim xristian məbədi – Sioni yerləşir. Görkəmli albanşünas alim alim K.Treverin fikrincə Bolnisi Sionu tikinti üslubuna görə alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər. Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır. Qeyd etmək lazımdır ki Bolnisi bələdiyyəsi ərazisindəki Faxralı kəndində də “səkkiz ayaq” adlanan məbəd vardır.

Bolnisi azərbaycanlılarının soykökündə iştirak etmiş ən qədim türk tayfaları iskitlər və kimmerlər olmuşdur. Kimmerlərlə bağlı olan toponim ərazisində indiki Bolnisi şəhərinin salındığı Çörük Qəmərli kəndi hesab oluna bilər. Bolnisi azərbaycanlılarının soykökündə iştirak etmiş digər türk tayfası olan xəzərlərin adı indi bələdiyyənin tərkibinə daxil olan “Xazar+eti” (Kazreti) qəsəbəsinin adında qorunub saxlanılmışdır.

Bolnisi bələdiyyəsinin ümumi sahəsi 804 km² - dir. 1 şəhər,2 qəsəbə və 45 kənddən ibarət bələdiyyənin əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir.
Prefektliyə daxil olan kəndlərin 37-də azərbaycanlılar yaşayırlar. Bu da bələdiyyə əhalisinin 65,98 %-ni təşkil edir. 1989-cu ildən başlayaraq Bolnisi şəhər mərkəzindən və Kazreti qəsəbəsindən qovulan azərbaycanlıların evlərinə gürcülərin yerləşdirilməsi bölgənin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur. Qalan kəndlərin 6-da gürcülər, 2-də isə ermənilər üstünlük təşkil edir. Bələdiyyənin inzibati ərazisinə daxil olan 2 azərbaycanlı kəndi - Faxralı və Bolus Kəpənəkçisi əhalisinin sayına görə Gürcüstanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.2%-ə düşmüşdür.

Eyni zamanda Bolnisi bələdəyyəsinə daxil olan Azərbaycan türklərinin qədimdən yaşadıqları yurd yerlərinin adları süni şəkildə gürcüləşdirilmişdir. Ayorta, Darvaz və Beytəkər kəndlərinin adları saxlansa da qalan azərbaycanlılar kəndlərinin adı dəyişdirilmişdir. Nəticədə Sayalı oğlu kəndi Balaxuriyə, Mığırlı Vanatiyə, Aşağı Güləver Qetaya, Abdallı Djavşnianiyə, Zol Güvəc Dzveli Kveşiyə, Aragöl Dzedzvnarianiyə,Sarallar Zvaretiyə, Yuxarı Qoşakilsə Zemo-Arkevaniyə, Qaradaşlı İtsriaya, Aşağı Qoşakilsə Kvemo-Arkevaniyə, Kəpənəkçi Kvemo Bolnisiyə, Saraçlı Mamxutiyə, Daşlıqullar Muxranaya, Dəllər Muşevaniyə, Əsmələr Msknetiyə, Arıxlı Naxiduriyə, Bala Darvaz Patara-Darbaziyə, Çatax Poladauiriyə, Babakişilər Potsxveraniyə, Qaratikan Saberetiyə, İmirhəsən Savanetiyə, Cəfərli Samtredoya, Şəmşi evi Samtevrisiyə, Faxralı Telavariyə, Molla Əhmədli Xatavetiyə, Dəmirli Xaxaladjvariyə, Həsən Xocalı Xidiskuriyə, Yuxarı Güləver Tsiporiyə, Kolayır Tsurtaviyə, Qoçulu Çapalaya, Sisqala Çreşiyə, İncə oğlu isə Şua Bolnisiyə “çevrilmiş”dir.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: