MUROV QARTALI - Əkbər Pənahov

MUROV QARTALI - Əkbər Pənahov Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir. Bizim üçün vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə çəkinmədən müharibə elan edər, lazım gələrsə canımızı verərik.

Şəhidlik ən yüksək mərtəbələrdən biridir. Bu gün biz bu torpaqlarda xoşbəxt yaşayırıqsa, bizlər üçün ölümün gözünə ölümsüz baxaraq ali zirvəyə ucalan şəhidlərin sayəsindədir.

Belə qəhrəman oğullardan biri də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Babakişilər kəndində 12 avqust 1990-cı ildə dünyaya göz açan Pənahov Əkbər Bəylər oğludur.


Əkbərin bir yaşı olanda Gürcüstanda soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra minlərlə soydaşımız kimi Pənahovlar ailəsi də Azərbaycana köçməyə məcbur olub.

Hərbiçi ailəsində böyüyən Əkbər kiçik yaşlarından vətən, yurd sevgisi ilə böyüyür. Bakının Xətai rayonundakı 269 nömrəli tam orta məktəbdə təhsilini başa vuran Əkbər Pənahov atasının yolunu davam etdirmək üçün  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq təhsilini orda davam edir. Təhsilini bitirdikdən sonra zabit kimi Lənkaran şəhərində "N"saylı hərbi hissədə xidmət edir. Daha sonra isə Ağcəbədi, Füzuli, Murovdağ zirvəsində xidmət göstərib.

MUROV QARTALI - Əkbər Pənahov Müharibədən öncə isə Şəmkir rayonunun Seyfəli kəndindəki "N" saylı hərbi hissədə Maddi-texniki təminat və təchizat bölüyundə xidmət edirdi. Mənfur düsmənlərin başladığı müharibədə kapitan Əkbər Bəylər oğlu Pənahov dədə-baba torpaqları azad etmək üçün silaha sarıldı.

Əkbərin anası Mayqə Alməmmədova:
- O bəlkə də bilirdi ki, vətən, torpaq uğrunda savaşacaq, ancaq heç nə açıqlamırdı, nə qədər çətinliklər görsə belə biruzə verməzdi.
İndi bildik ki, Əkbər bizdən çox torpağı, vətəni sevdi və sevərək də şəhid oldu.
MUROV QARTALI - Əkbər Pənahov
Kapitan Əkbər Pənahov ailəli idi, iki oğul əmanəti var.

Əkbərin ən böyük arzusu düşmən tapdağında olan torpaqları azad etmək, o torpaqları bütöv görmək idi. Doğmaları deyir ki, bu sevgi ona hərbiçi ailəsindən böyüməkdən və atası Bəylər Pənahovun 1-ci Qarabağ döyüslərinin iştirakçısı olmaqdan daha da artıb.

Vətəninə, elinə, obasına o qədər bağlı idi ki, Vətəni anasından da çox sevirdi.

Vətəninə bağlılığı və verilən tapşırıqları qüsursuz yerinə yetirən Əkbər Pənahov 26.06.2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi", 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" medalı ilə təltif olunur.

MUROV QARTALI - Əkbər Pənahov Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaətlə döyüsən kapitan Əkbər Pənahov 27.09.2020-ci ildə itkin düşüb.
Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 2021-ci il iyulun 10-da nəşi tapılıb və şəhid kapitan iyulun 12-də böyük bir izdihamla Bakıdakı 2-i Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Pənahov Əkbər Bəylər oğlu "3-cü dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Əkbər Pənahovun anası Mayqa xanım gözlərini oğlunun divarda asılmış rəsminə diklərək asta səslə Xalq şairi Məmməd Arazın yazdığı şeiri pıçıldayır: 

“Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim...”


MUROV QARTALI - Əkbər Pənahov Doğrudan da kapitan Əkbər Bəylər oğlu Pənahov Kəlbəcərin dağlarında, o əl çatmaz qayalarda bir iz qoydu.
O, qəhrəmanlıqla "Ömər Aşrımi" deyilən yerdə Şşəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin.



ZiM.Az





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: