1945-1956-cı illərdə orta məktəbdə oxumuş, 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsil almlşdır.
1961-ci ildən Bolnisi rayonunda çıxan "Al bayraq", 1962-ci ildən-1980-ci ilədək rayonlararası (Bolnisi, Marneuli və Dmanisi) "Qələbə bayrağı" qəzetlərində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinə rəhbərlik etmişdir.
Talıb Nikbin işlədiyi müddət ərzində bir qələm adamı kimi oxucu kütlələrinin dərin hörmətini qazanmışdır. Onun əsərləri Gürcüstanda çıxan "Çeşmə" , "Dan ulduzu" , "Qönçə" məcmunələrində də dərc olunmuşdur.
Talıb Nikbin 1980-ci ildən Bakı şəhərinə köçmüş və həmin ildən 2000-ci ilədək Azərbaycan Dövlət Nəşriyyatında redaktor, birinci dərəcəli aparıcı böyük redaktor vəzifələrində çalışmışdır. O, "Təbəssüm buketi" , "Minbir məsləhət", "Dan ulduzu", "Ürəyimə dəymə mənim", "Sənin həsrətin", "Əzablı yollarda", "Anama qurban olum" kitablarının müəllifidir. Bundan başqa o, S.S.Orbelianinin lətifələrini, "Gürcü nağılları" kitabını və başqa gürcü şairlərinin əsərlərini orjinaldan tərcümə edən ilk müəlliflərdəndir. N.K.Kərimovun "Qüdsinin səyahətləri", A.S.Avdulinanın "Dərmansız da yaşamaq olar..." kitablarının tərcümələri də Talıb Nikbinə məxsusdur.
O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birlikıərinin üzvü idi.
Talıb Nikbin uzun sürən xəstəlikdən sonra 02.05.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin... Ruhu şad, məkanı cənnət olsun. Amin!..
ZiM.Az
.