Gürcüstan əsilli soydaşlarım.
Mən 2010-cu ildən 2016-cı ilədək "Borçalı" İC-də İdarə Heyətinin üzvü, 2014-cü ildən 2016-cı ilədək sədrin təşkilatı işlər üzrə müavini olmuşam.
Orada baş verən özbaşnalıqlara görə istefa vermişəm. "Borçalı" İctimayi Cəmiyyəti ətrafında baş verənləri bir müddətdir məndə ürək ağrısı ilə izləyirəm.
Cəmiyyətin saytında İdarə Heyyətinin üzvləinin haqsızlıqla öz Borçalı əsilli soydaşlarına qarşı yazılarındakı təhqirlər, alçaldıcı sözlər mənimdə səbrimi daşırdı.
Bu insanlara, öz yazılarında bu sözləri işlətməyə kim və nə məcbur etdiyni başa düşmək mümkün deyil.
Belə insanlar da el oba sevgisinin olmasına inanmıram. Yazı sahiblərinin hər biri haqqında sizlər üçün bildiklərimin bir hissəsini (lazım gəlsə qalanlarında) yazacam. Sizlərdən xahiş edirəm diqqətlə oxuyaraq.
Cəmiyyətin sabiq sədrinin də 25 06 2016-cı il tarixində keçrilən 241 nəfər gürcüstanlını (on nəfər qonaq olmaqla), ümum toplantı iştirakçılarını, ora toplaşan alimini, jurnalistini, yazıçısını, iş adamını, sıravi insanını yaşına uyğun olmayan "dar zəkalı" mənası ikiüzlülük olan "münafiq"sözlərini, yazı sahibləridə papuqay kimi təkrarlamaqla utanmadan yazılarında işlədirlər. Bu sözlərin kimlərə daha çox layiq olduğunu biləcəksiniz. Bir məqalədə insanların ölüm qabağı beş isdəyinin olmasının olmasını oxumuşam. Biri cavanlıgından düzgün olmayaraq istifadə edərək etdiyi haqsızlığın aradan qaldırması isdəyi. Biri də el, obasında zamanında yad etməməsi, indi isə oranı ğörmək üçün burnunun ucunun ğöynəməsi isdəyi idi. Bunlar onu da düşünmürlər.
Telman müəllim Əliyev çoxlu sayda titullarının, alim akademik və s., sonra da özünə yaraşan sözlərlə toplantıda iştirak edən ondan insani keyfiyyətləri, biliklərii ilə qat-qat üstün olan bizim Gürcüstan əsilli alimləri, ziyalıları dönüklükdə, zatını danmaqda ittiham edir. Ona bu "haqqı" kim verdiyi aydındır. Füzulidən olmağınizla həmişə fəx etmisiniz. Borçalı ellərini sevən insan kimi özünüzü ğöstərsəniz də cavanlıq dövrünüzdə dağ Borçalıların işlərinə həmişə ənğəllər, problemlər yaratmaqla məşğul olmusunuz. İH-dəki işiniz deyilən fikirlərlərlə razı olduğunuzu bildirmək, sədri şirin,xoş sözlərlə tərifləmək və görülən işlər üçün sədrin əvəzolunmaz şəxs olduğunu demək olub. Ancaq alimlərin oradan uzaqlaşmasına, təhqir olunmasına qarşı heç vaxt fikir söyləməmisiniz, səsinizi çıxarmamısınız. Məşhur bir alimin Qarabağ insanı tərəfindən gözünüzün qarşısnda söylədiyi fikrinə görə təhqir olunaraq tədbiri tərk etməsinə heç narahatlıqda keçirmədiniz. Düşünmək istəmədiniz ki, o alim "Borçalı" cəmiyyətindən inciyərək birdəfəlik getdi, sizdən yox. Biz Borçalılar onun ücün pis insanlar olduq.
Ömər Qoçulu da titullarını ipə sapa düzərək sayar və başlayır yuxarıda yazdığım təhqiredici sözləri Ümumi toplantı iştirakçılarının ünvanına təkrarlamağa. Bu insan 2012-ci ildən 2015-ci ilədək Borçalı cəmiyyətinin tədbirlərində 3-5 dəfə olmuş olar. Zəng edib dəvət edəndə ya xəstə, ya da işinin cox oldugunu bildirib. 2015-ci ildə 7-ci konfransda İH-nə üzv seçilsə də təkrar-təkrar mənim tərəfimdən İH-nin iclaslarına dəvət olunsa da bir dəfə də olsun gəlmədi. 8-ci konfransda iştirak etmədən, Nizamnamənin 3.5.5 maddəsini pozaraq qiyabi olaraq yenidən İH-nə üzv seçildi. 20.07.2016-cı il tarixində "Cəmiyyətdəki xidmətlərinə görə "yeni titul da (hansı xidmətlərinə) verildi. Borçalı İC-yə bu cür münasibət göstərən insanın ümumi toplantı iştirakçıları olan alimlərimizi ziyalılarımızı "geri zəkalı", "münafiq"sözləri deməyəklə təhqir etməyə nəhaqqı nədə hüququ var. Soruşan dərəkdir sən kimsən, nəçisən, Borçalılar qarşısında hansı xidmətin var kı bizləri təhqir edirsən. Sənin kimiləri tanıyırıq, bizlər üçün heç kimsən. Sizin kimilərin əməlləri ilə sözləri heç vaxt uyğun gəlmir. Gərək üzvü olduğun İC-yə həm maddi, həm də mənəvi, təmannasız dayaq olasan. Bu isə sizin kimilərə aid deyil.sizlərin işi ancaq Borçalı əsilli insanların adından istifadə edərək yekə-yekə danışmaqdır.
Hüseyin Yadiğarov da yazısında eyni sözlər,eyni təqirlər. Bilmək istərdim bu yazını yazmamışdan özünüzdən soruşdunuzmu sizin neçə yaşınız var, o toplantıda kimlər olub sizin səviyyəniz, biliyiniz, insanlığınız onları təhqir etməyə çatırmı???. Elə bilki dünyanın sonudur. Elə mərdliyn varsa orada baş verənləri sən də bilirsən və görürsən fikrini söylə, açıqlama ver.
Şair Mədət Coşqun, yadınızdan çıxarmayın kı, ömrününün sonunadək haqsizlığa, ədalətsizliyə, başqasının haqqına toxunmağa, yaltaqlığa qarşı barışmaz olan, mərd insan və ədalətli müəllim olmüş, mərhum Əsəd müəllim Poluxovun qanından var qanımda. O sizlərə özünü nümunə göstərdi heç kəsi heç vaxt təhqir etmədi. Onu təhqirə yol verənləri düzgün yola qaytmağın məsləhətini verərdi. Siz isə onun keçmiş şağirdi olaraq məsləhətlər vermək əvəzinə, efirdə də, yazılarınızda da öz soydaşlarımız dediyiniz alimləri, ziyalıları, yazıçıları, jurnalistləri təhqir etdiniz. Budurmu sizdən ötəri haqq, ədalət. Siz də 7-ci Elat bayramı tədbirində baş verən haqsızlığın şahidi olmusunuz. Elə pozuculuğu sədrin nahaq fikrinə haq deməklə onun ətrafına toplaşaraq, cəmiyyətin siyasiləşməsinə səsinizi çıxarmamaqla birlikdə nail oldunuz. Vaxt, zaman hər şeyi yernə ğətirəcək.
Hörmətli Ramiz müəllim Məmmədov Beynəlxalq Mətbuat Mərkəzinə kimlərisə toplayıb nəyidirsə açıqlamaq üçün görüş keçirmişdir. O da heç nəyi dəqiqləşdirmədən ümumi toplantıda iştirak edən 241 nəfəri (on nəfər qonaq) bir qrup kimi təqdim etmək istəyir. Bununla kimlərə və nə demək istəyir??.
Hörmətli akademikimiz açıqlama verə bilərmi ki, 500-600 nəfər üzvü olan cəmiyyətin, özünün də iştirak etdiyi 7-ci və 8-ci konfransları niyə 60-65 nəfərlə keçirilib (onların da 25 nəfəri qonaqlar olub). Siz alimsiniz, ona ğörə də insanlar inanır kı, həqiqəti deyib, düzğün yol göstərəcəksiniz. Üzvlər 500-600, ya 500, ya da 600 olur.
Cəmiyyətin 96 nəfərlik Sadaxlı şöbəsi cəmiyyətin siyasiləşməsinə, başqa siyasi partiya funksionerlərinin yer almasına, üzvlərin hüquqlarının qorunmamasına, maliyyə təssərüfatfəaliyyəti barədə uçot və hesabatın aparılmamasına...görə 02.01.2016-cı il tarixli 01-saylı protakola əsasən fəaliyyətini dayandırıbdır. Siz orada baş verənləri hamıdan yaxşı bilirsiniz və görürsünüz. Kimə qarşı nə ədavətiniz var məni maraqlandırmır. Nə bilirsiniz ki, yeni sədr və İH-i daha çox, daha yaxşı işlər görməyəcək. Yoxsa tədbirlər, iclaslar keçir o camaata o insanlara çatacaq bir nəticəsi yox. Özün de özün eşit...
Bir Elat bayramı tədbiri var idi, onun da sonuna keçən Elatda çıxdılar. Bir daha deyirəm, ümumi toplantıda iştirak edənlərin hamısı da Gürcüstan əsilli insanlar olublar. Z.Məmmədli onları təsəvvürümüzə gətirmədiyimiz sözlərlə təhqir edir, elə bil bu insan Borçalı əsilli vətəndaş deyil. Jurnalistlərə müsahibə verərək onlarla elə davranır kı, elə bil oifadələri bu insan işlətməyib. Yaxşı olar kı, ondan tələb edilsin Nizamnamənin 1.1 1.6 1.7-ci maddələrindən "Borçalı əsilli vətəndaşlar" və "Borçalı əsilli soydaşlarımız" ifadələrini niyə başqa sözlərlə əvəz edibdir. Beynəlxalq səviyyəli etmək üçün 2.6.4 maddəsini dəyişərək İH-nin vəzifələrini mənimsəməklə və yeni formada yazmaqla, istənilən "cəmiyyətin İH-nin üzvünü pozuculuğuna, əmrimi yerinə yetirmədiyinə görə cəmiyyətdən qovdum", - demək arzusunu həyata keçirmək üçünmü edib.
Bir elmi dərəcəsi yoxdur, ancaq elm adamlarına elm, bir vəzifə sahibi olmayıb, vəzifə sahiblərinə işləmək öyrədir. ???!!!
Kimdir bu qeyri adi insan, niyə cəmiyyəti sahiblərinə qaytarmaq istəmir. Bu insanın marağı nədir ki, sədrlik yerindən tərpənmək istəmir.
Başqa insanlardan demokratiya, bir kresloda çox oturmamağı tələb edir özü isə tərpənmək istəmir. Görəsən nə var o yerdə?..
Sabahı fikirləşmək lazımdır kı, bizə salam versinlər...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.