* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

Bildiyimiz kimi, 2016-cı il iyunun 25-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Borçalı" İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı - konfransı keçirilib və həmin konfransda tanınmış tarixçi alim, dəyərli soydaşımız KƏRƏM MƏMMƏDLİ "Borçalı" İctimai Cəmiyyətinin yeni sədri seçilib.
Bu münasibətlə hörmətli Kərəm müəllimə ünvanlanmış təbriklərdən bir neçəsini aşağıda
dəyərli oxucularımıza təqdim edirik:



Əziz dostlar!

* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR * Uzun fasilədən sonra öz fikirlərimi bölüşmək qərarına gəldim.
25 iyun 2016-ci il tarixində keçirilən "Borçalı" İctimai Cəmiyyətinin təsisçiləri (Eyvaz Borçalı, Hidayət Nuriyev, Şərif Kərimli) tərəfindən növbədən kənar çağırılan konfrans tamamilə qanunidir.
Nəhayət, Cəmiyyət ətrafında baş verən xoşagəlməz hadisələrə son qoyuldu.
Yeni seçilmiş sədrimiz hörmətli ziyalımız Kərəm Məmmədliyə, İdarə Həyyətinə, Ağsaqqallar Şurasına və Nəzarət Təftiş Komissiyasına fəaliyyətlərində
uğurlar arzu edirəm.
Kamran RAMAZANLI,
Borçalı, 22 iyul 2016.



* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR * Kərəm müəllimi "Borçalı" İctimai Cəmiyyətinin yeni sədri seçilməyi münasibəti ilə ürəkdən təbrik edir, yeni vəzifəsinə Borçalımızın uğurlu gələcəyi və inkişafı naminə uğurlu sabahlar, geniş üfüqlü gələcək arzulayıram.
Ümid edirəm ki, yeni təşkilatlanma Borçali birliyinə uğur və xoş gələcək nəsib edəcək.
Kərəm Məmmədlini və onun yeni seçilmiş birlik üzvlərini təbrik edirəm.
Tariyel ALIYEV,
Borçalı, 27 iyul 2016.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: