Sonra bu qovud bir siniyə tökülər və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır.
Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar.
Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyirlər.
Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir.
Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər.
Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin təmin olunacağına inanırlar.
BAYRAMIMIZ MÜBARƏK!..
XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!..
Kərəm MƏMMƏDOV,
BDU-nun dosenti,
"Borçalı" İB-nin sədri
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.