“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti iyunun 2-də yeni tərkibdə ilk toplantısını keçirib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıb və gündəlik məsələləri təklif edib.

Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olunub:


1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;
2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;
3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;
4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;
5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;
6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;
7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;
8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;
9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;
10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;
11. Qadınlar Şurasının sədri – Səadət Buta
12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.

Eləcə də “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanınıb.

Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edilib.

İyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum olub. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırılıb.

Cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olunub və yekdilliklə qəbul edilib.

VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğulayıb. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətiriblər.

Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırıb.

Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər.

DAK.Az


http://dak.az/arxivl%C9%99r/2015/06/03/borcali-c%C9%99miyy%C9%99ti-t%C9%99briz-gec%C9%99si-kecir%C9%99c%C9%99k/

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: