Yeni kitab: "Kaş ki sevəydin məni"

Yeni kitab: "Kaş ki sevəydin məni" Bu yaxınlarda Rusiya Federasiyasının
Çelyabinsk şəhərindən
xoş xəbər almışıq.

Həmyerlimiz, tanınmış şair
Aslan Gorarxılının
“Kaş ki sevəydin məni”
adlı şeirlər kitabı
Çelyabinsk şəhərindəki fərdi sahibkar
“Petrov A.İ.” nəşriyyatında
işıq üzü görüb.

Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının ("AMOR")
sifarişi ilə nəşr edilən kitaba şairin
əsasən son illərdə yazdığı məhəbbət
şeirləri daxil edilmişdir.

Kitabın sponsoru həmyerlimiz,
Rusiyanın Samara şəhərində yaşayan
Mahal Rəsul oğlu Həsənov,
redaktoru Əliyar Zeynalov,
ön sözün müəllifi - “Regionpress”
qəzetinin məsul katibi
İbrahimxəlildir.

Ümid edirik ki, yazılarına qürbətin
qübarı çökmüş istedadlı şair dostumuz
Aslan Gorarxılının bu kitabı da
poeziyasevərlər tərəfindən rəğbətlə
qarşılanacaqdır.

"Region-Press", №09 (184) 30.06.2015, səh. 9.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: