AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ALI MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ALI MÜƏLLİM!..
TƏBRİK EDİRİK!..

Bu gün Borçalıda yaşayıb-yaradan
dəyərli eloğlumuz Alı Hacıyevin
Ad günüdür.

Alı Almaz oğlu Hacıyev
- 1949-cu il
mart ayının 11-də qədim Borçalı mahalında
- indiki Gürcüstanın Marneuli rayonundakı
Əzizkənd kəndində anadan olub.

1967-ci ild Əzizkənd orta məktəbini bitirərək Bakıya ali təhsil almağa gedib.

1972-ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib və doğma Borçalıya qayıdıb.

Marneuli rayonunda bir çox vəzifələrdə çalışıb:
Rayon maliyyə idarəsində müfəttiş,
Əzizkənd sovxozunda iqtisadçı,
rayon sosial-müdafiə idarəsində müfəttiş
və sair...

Alı Hacıyev həm də gözəl ailə başçısıdır.
Bir oğlu, bir gızı və 3 nəvəsi var.
Oğlu Ruslan Hacıyev dəyərli ziyalılarımızdan biridir. Gürcüstan Parlamentinin deputatı olub.
Marneuli Resurs mərkəzinin müdiri vəzifəsində çalışıb. “Gürcü Arzusu” partiyasının Marneuli rayonundakı seçki qərərgahının rəhbəri olub.

Biz də çox hörmətli Alı müəllimi Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: