TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıbBu günlərdə Tiflisdə həmkarımız, itedadlı qələm dostumuz, APA-nın Gürcüstan üzrə xüsusi müxbiri, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, tanınmış şair-jurnalist Nizami Məmmədzadənin qədim Borçalı mahalındakı 200-500 yaş tarixə malik olan qədim qəbiristanlıq haqqında "Çələbilər" adlı poema və şeirlərdən ibarət kitabı nəşr olunub.

Kitab Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin dəstəyi ilə nəşr edilib.

Kitaba dəyərli eloğlumuz, tanınmış tədqiqatçı-alim, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli "Ön söz" yazıb və Çələbilər qəbiristanlığı haqqında ətraflı məlumat verib.

Müəllif qeyd edib ki, 1728-ci ildə Osmanlı dövründə tərtib edilən “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Baydar nahiyəsində iki Çələbi kəndinin olduğu bildirilib. Çələbilər qəbiristanlığı barədə Gürcüstan Mərkəzi Arxivində əhəmiyyətli materiallar var. Məlumata görə, Azərbaycanın bir neçə bölgəsində də Çələbi kəndi var.

Borçalıda mövcud olan Çələbi kəndinin adı digər kəndlər kimi 19-cu əsrədək bütün tarixi qaynaqlarda çəkilib. Ancaq sonralar hələlik məlum olmayan səbəblərə görə bu kənd xəritədən silinib.

Poemanın sonunda Borçalıda 200 ildən-500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanıb.
Müəllif bu məşhur qəbiristanlığın getdikcə məhv olduğunu və Borçalı tarixinin daha bir səhifəsinin də gələcək nəsillərə çatmayacağını bildirib.

Qeyd edək ki, bu, N. Məmmədzadənin 8-ci kitabıdır.

Biz də, Nizami Məmmədzadəni yeni kitabının nəşr olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: