Layihənin təqdimatı Vətəndaş İnkişaf Agentliyi (SİDA) və İctimai Təşkilatların Regional Şəbəkəsi (R-CSN) və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçirilib. Layihə “Regional və yerli inkişafın gücləndirilməsi” proqramı çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və Avstriya İnkişaf Agentliyi (ADC) tərəfindən maliyyələşdirilib.
MGM-nin mətbuat xidmətinin rəhbəri Aynurə Əliyeva açqılamasında Marneuli Gənclər Mərkəzinin layihənin Marneulidəki tərəfdaşı olduğunu bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif qruplarla görüşlər davamlı olaraq keçiriləcək.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.