Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri
Turac İbrahimova
xəbər verir ki, Marneuli Bələdiyyəsinin Mədəniyyət Evində Marneulidə azadlığın bərpasının 25 ci il dönümünə həsr olunmuş sərgi açılıb.

Sərgi Gürcüstan Parlamentinin Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilib.
Sərgi də Milli kitabxana fondlarında qorunmuş unikal materiallar nümayiş olunub.

Tədbirdə Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, İcra Başçısının müavini Temur Beridze, Marneulinin təhsil ehtiyat mərkəzinin nümayəndələri, özünüidarəetmənin əməkdaşları, məktəb pedaqoqları, şagirdlər və dəvvət olumuş digər şəxslər iştirak ediblər.

Sərgidə Gürcüstan azadlığı aktı, 1918-1921 cı illərdə təsis olunmuş ilk gürcü medalı Tariça Tamar ordeni, 1918 ci ildə keçirilən ilk seçkiləri əsk etdirən material, 1921 ci il fevralın 26 da nəşr olunmuş ilk Gürcüstan konstitusiyası, Noe Jordaniyanin şəxsi əşyaları, mətbuatda mayın 26 ilə bağlı yayılmış materiallar və s. nümayiş olunub.
Qeyd etmək lazımdır ki, ekspozisiya mayın 11-dən 22-dək Gürcüstanın müxtəlif şəhərlərinə (Batuma, Ozurqetə, Potiyə, Zuqdidə, Kutaisə, Qoriyə, Axalkalakiyə) baş çəkib.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: