Marneuli Bələdiyyəsində “Muzey Gecəsi”

Marneuli Bələdiyyəsində “Muzey Gecəsi” ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri
Turac İbrahimova
xəbər verir ki, Mayın 21-də Beynəlxalq Muzey günü ilə bağlı demək olar Gürcüstanın hər bir muzeyində - “Muzey Gecəsi” adlı aksiya keçirilib.
Marneuli Bələdiyyəsi də istisna deyil. Serakvi kəndində yerləşən Mixeil Cavaxişvili adına ev-muzeyi müxtəlif tədbirlər ilə qatılıb.

“Muzey Gecəsi” aksiyası çərçivəsində, Mixeil Cavaxişvilinin Serakvi kəndindəki ev-muzeyi oraya dəvvət almış qonaqları maraqlı proqram ilə qarşıladı.
Qonaqlar birbaşa aksiya ilə keçirilən tədbirin iştirakçısına çevrildi. Tədbirin birinci hissəsi yazıçının həyatı ilə bağlı çoxda aşkarlanmamış faktlarla tanışlığa ayrıldı. Muzey direktoru Tatia Şenqelia Mixeil Cavaxişvilinin “Həyat yolu”ndan danışdı. Sonra yazıçının “Fincan” hekayəsi səhnələşdirildi. Tamaşada Serakvi ictimai məktəbinin və “Təhsil işıq mənbəyidir” təhsil mərkəzinin şagirdləri rol alırdılar.

Şagirdlər Mixeil Cavaxişvilinin və müassir şairlərin şerlərini oxudular. Tədbirin ikinci hissəsi tonqal ətrafında poeziya gecəsi ilə davam etdi.
Tədbirdə Marneuli Bələdiyyəsinin İcra Başçısının müavini Teymuraz Beridze, İcra Hakimiyyətinin əməkdaşları, Mədəniyyət Mərkzinin direktoru Nato Şavişvili, mərkəzin əməkdaşları, üzvləri, İcra Hakimiyyətinin gənc qanad və yerli sakinlər iştirak etdilər.

Xatırladaq ki, aksiya çərçivəsində “Muzey Gecəsi” adlı tədbiri Marneulinin Mədəniyyət Mərkəzi təşkil etmişdi.
Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: