Bu əsasən azərbaycan və erməni dilli məktəblərə aid idi. Düşünürəm ki, bu layihə alqışa layiqdir, çünki hər bir vətəndaşın öz yaşadığı ölkənin dilini bilməsi şərtdir.
ZİM.AZ-ın xüsusi müxbiri Elida Muxayeva bildirir ki, Yanvar ayından start götürən gürcü dili kursları Marneuli rayonunun bir neçə kənd məktəbində - Sadaxlı, Gorarxı, Baydar, Qullar, Hopiret və s. keçirilməyə başladı, artıq şagirdlərlə birgə məktəbin müəllimləri də vətəndaşı olduqları ölkənin dilini çox böyük həvəslə öyrənirdilər.
“A-1” səviyyəsində 3 dəfə imtahanda iştirak edən müəllimlər qoyulan baryeri keçməli idilər, xatırladım ki, axırıncı imtahanın keçid baryeri 70 bal idi, müəllimlərin hamısı “A-1” səviyyəsini keçə bilməsələr də, ancaq bu səviyyəni keçən azərbaycanlı müəllimlər də az olmadı, onlar “A-1” səviyyəsini keçərək artıq “A-2” səviyyəsinə başlayacaqlar.
Birinci səviyyəni keçən müəllimlərə Marneulinin Gürcü dili evində sertifikatlar təqdim olunub, təqdimata təhsil nazirliyindən və Kutaisinin Zurab Jvania məktəbindən də nümayəndələr qatılıb.
Bundan əlavə rayon icra başçısı Merab Topcishvili və Marneuli resurs mərkəzinin rəhbəri Ruslan Hacıyev də iştirak ediblər.
Çıxış edən qonaqlar müəllimlərə müvəffəqiyyət arzulayaraq dövlət dilini daha mükəmməl öyrənmələrini tövsiyyə ediblər.
İnşallah “A-2” səviyyəsini də keçərək sertifikatların sayını artırasınız və ən əsası yaşadığınız ölkənin dilini yetərincə mənimsəyəsiniz!
Uğurlarınız bol olsun, əziz müəllimlər!!..
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.