Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar İyunun 6-da Amerikanın Toronto universitetinin tələbələri və Gürcüstanın qədim şərabçılıq mərkəzi, Arxeoloji tapıntı mərkəzi və arxeologiya fakültəsində təhsil alan tələbələr birgə arxeoloji qazıntılara başlayıblar.

Marneulinin İmir kəndində aparılan arxeoloji qazıntılar artıq bir neçə günə sona çatacaq.

Arxeoloqlara Gürcüstan Milli Muzeyinin baş direktoru David Lorkipanidze Kvemo Kartli Qubernatoru Pata Xizanaşvili, Bələdiyyə sədri Nəbi Abdullayev, Mili Şərab Agentliyinin rəhbəri Georgi Samanişvili, Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Milli Abidələrin Mühafizə Agentliyi, “Gürcü Şərabı” Assosiasiyası, Kənd Təsərrüfatı Nazirliyi və yerli özünüidarəetmənin nümayəndələri baş çəkib ərazini gözdən keçiriblər.

Rəsmilərin abidəni ziyarət etməkdə məqsədləri həmin ərazidə açıq muzeyin inşası üçün lazımi tədbirlərin həyata keçirilməsi planlarını müzakirə etmək idi.

Arxeoloji qazıntılar zamanı yaşayış evləri, təsərrüfat ləvazimatları, qab-qacaqlar və VI əsrə aid olan üzüm tənəyi toxumları tapılıb ki, bu da üzüm və çaxırın vətəninin Gürcüstan olduğunu sübut edir.

Yaradılması planlaşdırılan açıq muzeydə arxeoloji qazıntılar zamanı İmir və Şulaver kəndlərində tapılan tapıntılar nümayiş olunacaq.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: