Ay Səyavuş
(Borçalının tanınmış şair-publisisti Səyavuş UYĞUNUN Marneuli şəhərindəki “Ata Holdink Centr” sarayında keçirilən 65-illik yubileyinə və “Babakərim-pirim mənim” adlı 5-ci kitabının təqdimatına həsr olunan təntənəli tədbirdə söylədiyim şeir)
Yeni gələn ilimizdə,
Üzün gülsün, ay Səyavuş!
Əlində qələm-dəftərin,
Yazın gülsün, ay Səyavuş!
Keşməkeşdi bizim həyat,
Dərin sözlər yazab yarat,
Qəm-kədəri boynundan at,
Gözün gülsün, ay Səyavuş!
Elə yaz ki, əl sevinsin,
Oxuyanda dil sevinsin,
Adın ilə el sevinsin,
Sözün gülsün, ay Səyavuş!
Düşünməyən, baş deyil ki,
Ürəyimiz daş deyil ki,
Altmış beş yaş deyil ki,
Yüzün gülsün, ay Səyavuş!
Dağlar qızı əlin haqda,
Sözlərin olmasın saxta,
Elə yaz ki, bu torpaqda,
İzin gülsün, ay Səyavuş!
14 dekabr 2014-cü il.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.