Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevin sözlərinə görə, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub.
“Bayramda yerli sakinlərlə yanaşı qonşu rayonlardan və bir sıra xarici ölkələrdən gələn türklər iştirak ediblər. Həmçinin Türkiyənin “Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”, - deyən Ə.Babayev onu da əlavə edib ki, “Borçalı” İctimai Cəmiyyətinin keçmiş rəhbərliyi tərəfindən Borçalıya göndərikmiş bir qrup şəxs tərəfindən Elat bayramının kütləvi şəkildə baş tutmaması üçün bir sıra cəhdlər edilib.
“Hazırda “Borçalı” cəmiyyətinə heç bir aidiyyatı olmayan Zəlimxan Məmmədlinin adamları Gürcüstan azərbaycanlılarının birliyini pozmağa çalışırdılar. Onlar Elat bayramında kütləviliyin olmaması üçün pozuculuq fəaliyyəti göstərərək öz tərəfdarlarına ultimatum göndəriblər.
Lakin onların bütün bu cəhdləri nəticəsiz qaldı. Elat bayramına çoxsaylı iştirakçılar qatıldı və bütün iştirakçılar bayramın təşkilatçılığından razı qaldılar”, - Ə.Babayev deyib.
Ə.Babayev bildirib ki, Z.Məmmədli “Borçalı” cəmiyyətində artıq heç bir hüquqi statusa malik deyil və onun Gürcüstan azərbaycanlılarının işlərinə qarışmağa heç bir ixtiyarı yoxdur.
GAMK sədri sonda bir daha vurğulayıb ki, “Gürcüstan azərbaycanlıları hər zaman özləri öz dil, din, mədəniyyət və adət-ənənələrini qoruyub saxlayıblar. Z.Məmmədli kimilərin Gürcüstan azərbaycanlılarını parçalamaqla bağlı bütün cəhdləri heç bir nəticə verməyəcək.”.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.