Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış naməlum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada onlarla şəxsin iştirak etdiyi bildirilir.
Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.
Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.
Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.
Polis hazırda vəziyyəti nəzarətə götürüb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.
My Webpage
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.