Əmrah Qara oğlu Aslanov - 1 iyun 1920-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Gorarxı elində -
Təzəkənd kəndində anadan olmuşdur.
Müharibəyə qədər kolxozda briqadir vəzifəsində çalışmışdır.
1939-cu ildə 1-ci Dünya müharibəsi başlayanda "Qızıl Ordunun Fəhlə-Kəndli piyada qoşunu"nun sıralarına qoşulmuş, 102-ci Atıcı polkunda xidmət etmişdir.
1941-ci ildə BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ "335-ci istehkamçı Batalyonunda" Baş serjant olmuşdur.
Qısa müddətdən sonra ona starşina rütbəsi verilmişdir.
Vitebskidə 18 ədəd minanı təmizləmiş, tankları minalanmış sahədən keçirtmişdir.
Hitlerçilərin mövqeyini ələ keçirdikdən sonra 40 ədəd mina quraşdırmiş, düşmənlərin ləngiməsinə səbəb olmuşdur.
20 may 1944-cü ildə, 199-cu Atıcı komandirinin əmri ilə "3-cü Dərəcəli Şöhrət Ordeni"ilə təltif edilmişdir.
22 yanvar 1945-ci ildə Oliştin uğrunda döyüsdə, 4 nəfər düşmən əsgərini məhv etmiş,
3 nəfəri əsir götürmüş və 8 ədəd mina zərərsizləşdirmişdir.
6 mart 1945-ci ildə "2-ci Dərəcəli Şöhrət Ordeni" ilə təltif edilmişdir.
27 aprel 1945-ci ildə Anqermyud yaşayış məntəqəsində, Aslanov döyüş yoldaşları ilə birlikdə 3 ədəd tank əlehinə qurğunu, 6 ədəd meşə pusqusu ələ keçirmiş və şəxsən 33 ədəd mina zərərsizləşdirmişdir.
5 gündən sonra körpünü minalamış, 17 nəfər faşısti əsir götürmüşlər.
27 iyun 1945 ildə, Əmrah Aslanov göstərdiyi qəhrəmanlıqlara görə, SSRİ Ali Sovetinin qərarı ilə "1-ci Dərəcəli Şöhrət Ordeni" ilə təltif edilmişdir.
Bir sözlə, Əmrah Qara oğlu Aslanovun döyüş yolu Şimali Qafqazdan Moskvaya, Moskvadan Budapeştə, Budapeştdən Berlinədək davam etmişdir.
Ukraynanın azad edilməsində, Şərqi Prussiya və Macarıstanda gedən döyüşlərdə xüsusi igidlik göstərmişdir.
O, Böyük Vətən müharibəsi Qəhrəmanı adına layiq görülmüş,
"Şöhrət" Ordeninin hər üç dərəcəsi ilə, daha bir neçə medallarla tıltif olunmuşdur.
Əmrah Aslanov 1946-cı ildə ordu sıralarından ayrılmış vətəninə dönmüş,
Südçülük Tərəvəzçilik kolxozunda mühavizə rəisi vəzifəsində çalışmışdır.
Əmrah Qara oğlu Aslanov 19 aprel 1982-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin.
Marneuli rayonundakı Təzəkənd kənd orta məktəbinə
Böyük Vətən müharibəsi Qəhrəmanı
Əmrah Qara oğlu Aslanovun adı verilmişdir.
Müşfiq BORÇALI,
ZiM.Az
Bax:
Müşfiq BORÇALI. Borçalı ensiklopediyası,
III cild, Borçalı ulduzları. Bakı, 2001, səh. 52.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.