əslən Gürcüstandan olan azərbaycanlıların diqqəti Borçalıya - Marneuli rayonundakı Qızıl-hacılı kəndinə yönəlmişdi.
Siyasi partiyaların liderləri Qızıl-hacılıdaydılar.
048-ci məntəqədə seçkilər təkrar keçirilirdi.
Deputatlıq uğrunda mübarizə aparan soydaşımız Əhməd İmamquliyev 8-oktyabrda keçirilən seçkilərin nəticələrinə əsasən 48% səs toplamışdı və lider idi.
Onun Marneuli 36-cı seçki dairəsinin Qızıl-hacılı kəndindəki 48-ci məntəqədə də yüksək səs fərqi ilə qalib gələcəyi təqdirdə millət vəkili seçiləcəyi gözlənilirdi...
Amma ikinci turun olacağı da qaçılımaz idi...
Elə belə də oldu...
Bu gün Borçalıda Qızılhacılı kəndində keçirilən təkrar seçkidə Əhməd İmamquliyev qalib gəldi və beləliklə o, Gürcüstan Parlamentinə seçilmiş 5-ci soydaşımız olacağını bir daha təsdiqlədi... İnşallah, 2-ci turda da onun təkrarən QƏLƏBƏ qazanacağına inanırıq!...
Əhməd qardaşımızı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
P.S.:
Marneuli 36-cı seçki dairəsinin 48-ci məntəqəsində bu gün keçirilən təkrar seçkinin nəticələri:
Əhməd İmamquliyev - 381
Tamaz Naveriani - 313
P.S. Əhməd İmamquliyev birinci turda
ən çox səs topladı, ancaq
50%+1 səs toplaya bilmədiyi üçün
ikinci tur seçkiləri olacaq.
İkinci tur seçkiləri
30 oktyabr tarixində keçiriləcək.
Parlament seçkileri-2016.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.